Azərbaycanın təbii şəraiti və ehtiyatları

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 38o25ı – 41o55ı şimal enlikləri ilə 44o50ı – 50o51ı şərq uzunluqları arasında, Avropa ilə Asiyanın birləşdiyi əlverişli coğrafi ərazidə yerləşir. Ümumi sahəsi 86,6 min kv. km, sərhədlərinin uzunluğu 2850 km-ə yaxındır. Şimaldan cənuba doğru 400 km, qərbdən şərqə doğru isə 500 km məsafədə uzanır.

Dünya dövlətlərilə əlverişli su yolu ilə əlaqə saxlamaq üçün şərqdə Xəzər dənizi ilə əhatələnmiş (800 km-dən artıq məsafədə), qərbdə isə Qara dənizə çıxmaq üçün əlverişli quru nəqliyyat imkanlarına malikdir. Cənubdan İran İslam Respublikası (618 km) və Türkiyə (11 km), qərb və cənub-qərbdən Ermənistan (766 km), şimal-qərbdən Gürcüstan (340 km), şimaldan isə Rusiya Federasiyası (289 km) dövlətləri ilə həmsərhəddir.

Ölkə ərazisi əlverişli təbii-iqlim şəraitinə və zəngin təbii sərvətlərə malikdir. Neftçıxarma və emalı, kimya və meftkimya, metallurgiya, maşınqayirma, toxuculuq və s. sənaye sahələrinin, taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, kartofçuluq, qoyunçuluq, maldarlıq, arıçılıq, baramaçılıq, balıqçılıq və s. kənd təsərrüfatı məhsulları istehsalını inkişaf etdirmək üçün munbit torpağlara, əlverişli şəraitə və səriştəli əmək ehtiyatlarına malikdir. İstehsal münasibətlərinin düzgün təşkili şəraitində, burada ərzaq məhsulları ilə ölkədaxili tələbatın tam ödənilməsi və beynəlxalq bazara keyfiyyətli, dadlı və ləzzətli ərzaq məhsulları, yüksək istehlak dəyəri olan qeyri-ərzaq malları ixrac etməklə bəşəriyyəti narahat edən bir çox qlobal problemlərin, o cümlədən ərzaq təhlükəsizliyinin həllində özünəməxsus rol oynamaq imkanları genişdir. Belə ki, yeraltı və yerüstü sərvətlərin zənginliyinə görə dünyanın ən qabaqcıl ölkələri sırasında durur.

Təbii şəraiti. Ərazisinin 42 faizi dağlıq, 58 faizi isə dağətəyi və ovalıq sahələr təşkil edir. Əsas şirin yeraltı su hövzələri ilə bərabər sənaye və suvarma əkinçilik, maldarlıq və dəmyə əkinçiliyin isə dağlıq bölgələrdə inkişaf etdirilməsi əlverişlidir. Burada Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ silsilələrinin bir hissələri mövcuddur. Dağlıq bölgələr kəskin relief müxtəlifliyinə malikdir. Ərazidə dəniz səviyyəsindən ən hündür nöqtə 4466 m, ən alçaq sahə isə - 28 m-dir. Mərkəzi hissədə şərqdən qərbə (250 km) və cənubdan şimala (150 km) doğru uzanan geniş Kür-Araz ovalığı yerləşir. Relyefin belə xüsusiyyəti əhalinin məskunlaşması, iqtisadiyyat və təsərrüfat sahələrinin ərazi və sahə strukturunun formalaşması və inkişafına bilavasitə təsir göstərir.

İqlimi. Ölkə ərazisinin iqlimi əsasən onun relyefi və Xəzər dənizinin təsiri ilə formalaşır. Burada yer kürəsində rast gəlinən 11 iqlim tipinin 9-na təsadüf edilir. İqlim tiplərinin vertikal zolağlılığı müşahidə olunur- dağlıq tundra iqlim tipindən mülayim yarım səhra və quru səhra tiplərinə qədər. İqlimi kəskin dəyişkən olmaqla, dağlıq bölgələrdə mütləq səviyyənin dəyişməsinə mənfi 10oS-dən daha aşağı enməklə düzənlik sahələrdə artır və orta illik hərarət müsbət 14,5oS-yə çatır (Kür-Araz ovalığı). Yay aylarında düzənlik bölgələrdə istilik müsbət 35-40oS-dən artıq olur. Atmosfer yağıntıları əsasən yağıntı formasında düşür və ilin qarlı günləri dağətəyi və düzənlik sahələrdə 20 gün davam edir. Naxçıvan və dağlıq bölgələrdə isə qarlı günlər 100 gün və daha çox olur.

Cənub en dairələrində yerləşdiyi üçün ölkənin ərazisi böyük miqdarda günəş işığı və istisi alır. Kür-Araz ovalığında günəş işıqlandırılmasının davamiyyəti il ərzində 1800-2900 saat, ümumi fotosintetik fəal radiasiyanın illik kəmiyyəti 64 kkal/sm2-dən çox olur. Bu göstəricilərin maksimum səviyyəsi Arazboyu düzənliklərdə müşahidə olunur (müvafiq olaraq 2900 saat/ildən və 76 kkal/sm2-dən çoxdur), ən az miqdarı isə Lənkəran ovalığında və Şollar düzündə müşahidə edilir (1800-2000 saat/il). Ərazidə günəş enerjisinin illik gedişi də yaxşı ifadə olunmuşdur. İyuldan sentyabradək ölkənin düzənlik rayonları tropik zonada (15o şimal en dairəsi) olduğu qədər, qışda isə Sankt-Peterburq enliyindəkindən 2 dəfə çox günəş enerjisi alır.

Abşeron yarmadasında bu göstərici 2200-2400 saat/il, Böyük və Kiçik Qafqazda isə 2100-2400 saat/il arasında dəyişir. Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazilərində il ərzində günəşli saatların miqdarı 2400-2600 təşkil edir.

İllik günəş radiasıyasınin miqdarı Kür_Araz və Lənkəran ovalığında 125-134 kkal/sm2, dağətəyi zonalarda 120-130 kkal/sm2, yüksək dağlıq ərazilərdə 140-150 kkal/sm2, Naxçıvan düzənliklərindən yüksək dağlara doğru 145-160 kkal/sm2 arasında dəyişir.

Yayda işıqlanma şəraiti şərq yamaclarda qərb yamaclara nisbətən yaxşı olur. Belə ki, günün 2-ci yarısında qərb yamaclar daha çox radiasiya almalı olduğu halda, tez-tez baş verən konvektiv hərəkətlər nəticəsində buludluluq əmələ gəlir, işıqlanma şəraiti zəifləyir və günəş radiasiyasının gərginliyi azalır. Mütəxəssislər tərəfindən aparılmış xüsusi ölçmə işləri göstərmişdir ki, Kiçik Qafqazda səpələnən radiasiyanın gündəlik cəmi buludsuz havada şərq yamaclarda qərb yamaclara nisbətən 30o bucaq altında -8, 40o bucaq altında isə -12 kkal/sm2 çox olur. Müxtəlif səmtli yamaclar şaxtavurma hadisələrinə görə də bri-birindən fərqlənir. Bitkilər şərq yamaclarda qalan yamaclara nisbətən şaxtada daha çox zərər çəkirlər. Yüksəkliyə doğru günəş radiasiyasının qızdırma effekti artdığına görə bitkilər dağlarda fazalararası dövrdə düzənliyə nisbətən daha az temperatur cəmi tələb edir. Mədəni bitkilərin dağ rayonlarına köçürülməsi işində bu effektin nəzərə alınmasının praktiki əhəmiyyəti vardır.

Ölkə ərazinin xeyli hissəsində yüksək termik rejim, yağıntının az olması, bəzi yerlərdə isə çox qıtlığı səciyyəvidir. Demək olar ki, bütün Kür-Araz ovalığına, Abşeron yarımadasına və Arazboyu düzənliyinə il ərzində cəmi 110-350 mm yağıntı düşür. Bir qayda olaraq, dağlıq zonada yağıntıların miqdarı hündürlükdən asılı olaraq artır. Buna uyğun və havanın temperaturun azalması ilə əlaqədar olaraq yağıntıların rütubətlənmədə rolu da artır. Ilk baxışda elə təsəvvür yaranır ki, yağıntıların ümumi miqdarı bir çox rayonlarda bitkilərin rütubətə olan tələbatını ödəmək üçün kifayət qədərdir. Lakin, yağıntı miqdarının illik rejimi elədir ki, bitkilərin intensiv inkişaf etdiyi və transpirasiyanın gücləndiyi bir dövrdə o rütubətlə kifayət qədər təmin olunmur.

Rütubətli illəri illik yağıntıların 20% təminatlı miqdarının paylanması ilə səciyyələndirmək olur. Hesablamalar göstərmişdir ki, Kür-Araz ovalığında 300-400 mm-ə qədər yağıntını hər 4-5 ildə bir dəfə müşahidə etmək olur. Dağlara yaxınlaşdıqca belə yağıntıların düşmə ehtimalı artır. Ayrı-ayrı illərdə yağıntıların miqdarı çoxillik orta qiymətdən 1,5-3 dəfə artıq ola bilir. Daha quraq rayonlarda bəzi yağmurlu illərdə yaz yağıntısının miqdarı normadan hətta 4 dəfə artıq olur.

Belə fərqlər quraq keçən illərdə də yaranır. Abşeron yarımadasında elə illər olmuşdur ki, bütün mart-may ayları ərzində 10 mm-dən az yağıntı düşmüşdür. Burada 80% təminatlı yağıntıların miqdarı 8-23 mm, Kür-Araz ovalığında 30-95 mm, Böyük Qafqazın cənub yamaclarında 175-225 mm arasında dəyişir. Kiçik Qafqazda mart-may dövrünün 80% təminatlı yağıntıları şərq yamaclarda şimal yamaclara nisbətən 1,1-1,4 dəfə artıq olur. Lənkəran-Astara aqroiqlim rayonunda quraq keçən yaz fəslinə nadir hallarda təsadüf edilir.

Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin əsasən 8 tipi mövcuddur.

1.      Kontinental Arktik hava kütlələri. Ölkə ərazisinə ilin soyuq dövründə qərbdən, şərqdən və şimaldan daxil olmaqla temperaturun aşağı düşməsinə, küləyin və yağıntıların artmasına səbəb olur.

2.      Dəniz Arktik hava kütlələri. Həm qərbdən, həm şərqdən daxil olmaqla temperaturun aşağı düşməsinə, yağıntıların artmasına səbəb olur.

3.      Mülayim Dəniz hava kütlələri. Şimali Qafqazdan və Qara dəniz üzərindən Azərbaycana daxil olur. Temperatur aşağı düşür, yağıntılar artır.

4.      Mülayim kontinental hava kütlələri. Qazaxıstan və Rusiyanın Avropa hissəsində formalaşan əraziyə qış aylarında daxil olur və temperaturu daha da aşağı salır.

5.      Tropik hava kütlələri. Cənubdan daxil olmaqla həm qış, həm də yay aylarında temperaturun artmasına səbəb olur.

6.      Cənub Siklonları. Asiya, Aralıq dənizi üzərində formalaşmaqla Şimali Qafqazdan daxil olur. Temperatur aşağı düşür, buludluluq və yağıntı artır.

7.      Orta Asiyanın hava kütlələri. Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə daxil olur. Ilin isti dövründə temperatur artır, soyuq dövründə azalır.

8.      Yerli hava dövranı. Xəzər dənizi və quru ərazilər üzərində yarana təzyiq fərqləri hesabına yaranır. Əsasən temperaturun mülayimləşməsinə səbəb olur.

Azərbaycan ərazisində hakim küləklər şimal (Xəzri) və cənub (Gilavar) küləkləridir. Şimal küləklərində bəzən küləyin sürəti 35-45 m/s çata bilir.

Ölkənin ərazisində yağıntıların illik paylanması olduqca qeyri-bərabərdir. Ən az yağıntı Abşeron yarımadasının cənubunda (ildə 200-250 mm) ən çox Talış dağlarının ətəklərinə (1200-1300 mm) düşür. Gündəlik maksimum yağıntı bir sutka ərzində Lənkəran təbii vilayətində Bursulum məntəqəsində 333 mm təşkil edir. Respublikamızda ikinci yağıntılı yer Böyük Qafqazın cənub yamacı –xüsusən Alazan-Əyriçaydan baş suayrıcıya qədər olan ərazilər hesab olunur (800-1500 mm).

Lənkəran ovalığında yağıntının çox hissəsi ilin soyuq dövründə, Böyük və Kiçik Qafqazda yazın axırı və yay aylarında düşür.

Illik yağıntı 200 mm-dən az düşən ərazilərdə yarımsəhralar, 400-600 mm-də dağ çölləri, alçaq meşələr, 600-1500 mm yağıntı düzən ərazilərdə geniş meşə massivləri formalaşır.

Ölkə ərazisində əsasən aşağıdakı iqlim tipləri mövcuddur:

1.Yarımsəhra və quruçöl iqlimi. Bu ərazinin yarısından çoxunu, əsasən Kür-Araz ovalığını, Arazboyu düzənlikləri, Samur-Dəvəçi ovalığını əhatə edir. Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quruçöl iqlimi üstünlük təşkil edir. Burada yağıntıların az düşməsi suvarmaaya ehtiyacı artırır. Fəal temperaturların cəmi 4400-4700o-yə çatır. Bu iqlim tipi pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik iqlimə xas olan bitkilərin becərilməsi üçün olduqca əlverişlidir. Arazboyu düzənlik qışı soyuq, yayı quraq isti keçən çöl iqlimi ilə səciyyələnir. Burada rütubət çatışmamazlığı çox olduğundan suvarmaya böyük ehtiyac vardır.

2. Mülayim isti iqlim. Bu iqlim tipi ölkə ərazisinin 30%-dən artıq hissəsini əhatə edir. Əsasən böyük və Kiçik Qafqaz dağlarını, Talış dağların, Naxçıvanın alçaq və orta dağlıq ərazilərini əhatə edir. Bu iqlim tipi aşağıdakı yarımtiplərə ayrılır:

2.1. qışı quraq keçən mülayim isti iqlim

2.2. yayı quraq keçən mülayim isti iqlim

2.3. yağıntıları bərabər paylanan mülayim isti iqlim (bu iqlim tipi sitrus, meyvə-tərəvəz, müxtəlif bostan bitkilərinin becərilməsi üçün olduqca əlveriçlidir.)

3.Soyuq iqlim tipi. Ərazinin 20 %-ni tutur. Böyük və Kiçik Qafqaz dağlarının və Naxçıvanın yüksək dağlıq ərazilərini əhatə edir. Onun aşağıdakı yarımtipləri vardır:

3.1. yayı quraq keçən soyuq iqlim tipi (Naxçıvan ərazisini əhatə edir)

3.2. qışı quraq keçən soyuq iqlim tipi (Böyük Qafqazın şimal-şərq yamacını,Yan silsiləni, Kiçik Qafqazın orta və yüksək dağlıq hissələrini, Qarabağ vulkanik yaylasını əhatə edir.)

3.3. fəsillər üzrə yağıntılı soyuq iqlim tipi. Bu tip yalnız Böyük Qafqazın cənub yamaclarında 1500-2700 m yüksəklikləri əhatə edir.

4.Dağ-tundra iqlim tipi. Ölkə ərazisinin 2700-2800 m-dən yüksək olan hissələrini əhatə edir. Temperaturlar əsasən 10o-dən aşağı olur.

Hidroqrafiyası.. Hidroqrafik cəhətdən Azərbaycan Xəzər dənizi hövzəsinə aiddir. Ölkənin hidroqrafik şəbəkəsi (çayları və gölləri) uzun geoloji dövrdə yaranmış və xeyli dəyişikliklərə uğramışdır. Hazırda rast gələn bir sıra qədim çay dərələrinin qalıqları bunu sübut edir.

İndiki dövrdə ölkənin hidroqrafik şəbəkəsi təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkənin mühüm tərkib hissəsidir.

Azərbaycanın hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Ölkə ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluğu 100 km-dən çox olan 24 çay vardır. Onlardan ən böyüyü Kür, Araz, Qanıx (Alazan), Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s. çaylardır

Azərbaycan ərazisindən axan çaylar 3 qrupa bölünür:

1. Kür hövzəsinin çayları, (Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.);

2. Araz hövzəsinin çayları (Arpaçay, Naxçıvan, Oxçu, Həkəri, Köndələnçay və s.);

3. Bilavasitə Xəzərə tökülən çaylar (Samur, Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.).

Kür-Araz ovalığından Kür və Araz çayları axır. Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkə-ran ovalıqları ilə axır. Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər: iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir edir.

Yüksəkliyin artması ilə çay şəbəkəsinin sıxlığı əvvəlcə artır vəəyyən hündürlüyə çatandan sonra tədricən azalır.

Ən sıx çay şəbəkəsi (1-2 km/km2), Talış zonası istisna olmaqla, orta dağlıq zonada 1000-2500 m hündürlükdədir. Talış zonasında isə (1,6-2,2 km/km2) 500-1000 m yüksəklikdədir. Ümumiyyətlə, Azərbaycan əzarisində çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-dir. Ovalıqlarda isə həmin kəmiyyət 0,05 km/km2-dən azdır.

Kür çayı hövzəsinin sahəsi (86000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101937 km2) azdır. Lakin Kürün sululuğu Araz çayından iki dəfə çox olduğundan, onlar qovuşduqdan sonra da çay Kür adlanır.

Bütün çayların 99 faizi kiçik çaylardır və çox yerdə yeganə su təminatı mənbəsidir. Yeraltı şirin (içməli) suyun istismar ehtiyatları 129 m3/san olduğu halda, ondan faktiki istifadə səviyyəsi 17 m3/san-dir. Götürülən yeraltı suların yalnız 21 faizi mərkəzləşdirilmiş su kəməri vasitəsilə istifadə edilir.

Elmi təşkilatların apardıqları tədqiqatlar göstərir ki, Cənubi Qafqazın arıd zonasında yerləşən Azərbaycan, qonşu ölkələrlə müqayisədə, yerli su ehtiyatları ilə zəif təmin olunmuşdur. Odur ki, su ehtiyatlarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Ölkənin çaylarının su ehtiyatları 32,2 km3-ə yaxındır. Onun 22 km3 – u qonşu ölkələrin ərazisindən gələn tranzit axımdır. Kür çayından başqa, birbaşa Xəzər dənizinə tökülən çayların illik axımı 2,8 km3-dir. Bilavasitə ölkə ərazisində yaranan səth suyunun ümumi həcmi 7,5 km3-a bərabərdir. Kür hövzəsində çayların çirklənmə dərəcəsi yüksək səviyyəyə çatmış, şirin sudan səmərəli istifadə problemi yaranmışdır.

Statistik məlumatlara görə ölkə ərazisinin 1433 min hektarı (16,5 faizi) suvarılan torpaqlardır. Onun 1430 min hektarı kənd təsərrüfatına yararlıdır. Kənd təsərrüfatına yararlı sahələrin 30 faizi, əkin sahələrinin 67 faizi və çoxillik əkmələrin 71 faizi suvarılan torpaqlardadır.

Ölkənin suvarma sistemində 46,2 min km uzunluğunda suvarma kanalları mövcuddur. Bu da təxminən 1 milyon hektar sahənin suvarıl-masına xidmət göstərir. Suvarma kanallarının üzərində 780 nasos stansiya, 58 minə yaxın hidrotexniki qurğular fəaliyyət göstərir. Meliorasiya xidməti göstərilən sahələr 595 min hektardan çoxdur. Bu sahələrin şoranlaşmasının qarşısını almaq üçün 4,7 min km uzunluğunda təsərrüfatlararası və 6,3 min km uzunluğunda təsərrüfatlardaxili kollektor-drenaj şəbəkəsi fəaliyyət göstərir. Deməli, onların normal fəaliyyət göstərməsi də su ehtiyatlarının mövcudluğu və səmərəli istifadə edilməsindən bilavasitə asılı olur.

Çayların suyu texnogen amillərin təsiri ilə çirklənir və düzənlik sahələrində duzlu qrunt suların drenajı nəticəsində minerallaşma artır, kimyəvi tərkibi mürəkkəbləşir və suyun tipi dəyişir. Belə hallar Şirvan, Mil-Qarabağ düzənliklərindən axan Kürün qollarında və özündə, habelə Araz çayında mövcuddur.

Ölkə ərazisində irili-xırdalı 250-dən çox müxtəlif mineral və kimyəvi tərkibli suyu olan göllər mövcuddur.

Araz çayının su ehtiyatları və ondan istifadənin vəziyyəti. Kür-Araz ovalığında suvarma aparmadan torpaqdan bol məhsul götürmək mümkün deyil.

Tarixçilərin yazdığına görə, hələ lap qədimlərdən, məhsul bolluğu yaratmaq məqsədilə, insanlar Arazboyu ərazilərdə suvarma sistemləri tikmiş və əkinə yararlı torpaq sahələrini genişləndirmək üçün müvafiq tədbirlər görmüşlər.

Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda mövcud su ehtiyatlarından səmərəli istiadə edildiyi halda (suvarma sisteminin təmiri və genişləndirilməsi şərtilə) suvarılan torpaq sahələrini 3,2 milyon hektara çatdırmaq olar. Bu da mövcud suvarılan sahələrdən dəfələrlə çoxdur.

Kür-Araz ovalığında suvarma sisteminin əsas mənbəyi Araz və Kür çaylarıdır. Kür çayı ilə müqayisədə, əlverişli relyefə görə, Araz çayından əkinəyararlı sahələrə suvarma suyunun verilməsinin üstünlükləri çoxdur. Belə ki, vegitasiya dövründə, Araz çayı ilə qovuşan yerə kimi, Kür çayında suyun səviyyəsi, yer səthindən çox aşağıda olduğuna görə, oz axarı ilə suvarma suyunun kanala verilməsi mümkün olmur.

Əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə etmək məqsədilə, Araz çayından suyun öz axarı ilə kanallara verilməsi tarixi çox qədimlərə kök atır. Araz çayından su qəbul etməklə Mil və Muğan düzənliklərində fəaliyyət göstərmiş qədim suvarma sisteminin: Govurarx, Hacıarx, Xatınarx və s. kanalları mövcud olması nişanələrinə bu gün də rast gəlinir. Tarixçilərin yazdığına görə, XIII əsrin sonu – XIV əsrin əvvəllərində Muğanda iri suvarma sistemi olub.

Rusiya Çarının hakimiyyəti dövründə Azərbaycanda tikilmiş mühəndis-suvarma sistemlərinin, demək olar ki, hamısı Araz çayından götürülən su ilə Mil-Muğan düzlərində suvarma işlərini həyata keçirirmişlər. Bu qurğulara Yuxarı Muğan (Köhnə Əzizbəyov), Orta Muğan (Nərimanov), Aşağı Muğan (Lenin, Mürsəlli) və Yuxarı Qolitsin (Sabir), Aşağı Qolitsin və s. kanallar aid edilir.

Araz çayı Kürün ən böyük qoludur. Bu çayın üzərində axın rejimini öyrənmək məqsədilə, ilk hidrometrik ölçü işi 15 noyabr 1862-ci ildə Xudafərin körpüsündə rusiyalı mütəxəssislər - Belli və Qobi tərəfindən aparılıb. 1912-ci ildə Qaradonlu kəndi yaxınlığında (İmişli rayonu) hidrometrik məntəqə yaradılıb.

Araz çayında qəza törədən təhlükəli daşqın sərfləri 1858, 1872, 1879, 1896, 1904, 1906 və 1969-cu illərdə müşahidə olunub. 1896-cı ildə Saatlı rayonunun ərazisində baş vermiş daşqın nəticəsində Araz çayı öz məcrasından çıxmış və daşqın suları bütün Muğan ərazisini keçərək Xəzər dənizinə tökülmüşdür. Daşqın müddəti sona çatdıqdan sonra məlum olmuşdur ki, çay öz daimi məcrasını dəyişmiş və yeni məcrada axaraq Kür çayına birləşmişdir. Sonrakı illərdə (1967-ci ilə kimi) çayda maksimal sərf saniyədə 1600 metrdən çox olmayıb. 1969-cu ildə (mayın 7-də) Qaradonlu müşahidə məntəqəsindən 2670 kub.metr/saniyə axınla katastrofik daşqın sərfi baş verib. Bu məntəqədə minimal su sərfi 1966 cı ildə (avqustun 4-də) 35 kub.metr/saniyə, çoxillik orta su sərfi 151 kub.metr/saniyə, asılı gətirmələrin orta sərfi 38 kq/saniyə, orta bulanıqlıq 360 qr/kub.metr, maksimum bulanıq isə 5600 qr/kub.metr müşahidə olunmuşdur.

Kür çayına qovuşan yerdən (Sabirabad rayonu) Ermənistan sərhədlərinə kimi olan aşağı hissəsində Araz çayına sağ sahildən Köndələnçay, Quruçay, Həkəriçay (əsas qolları Bərgüşadçay, Bazarçay), Oxçuçay, Xaçınçay tökülür. Sol sahilindən - İran İslam Respublikasının ərazisindən Dərəvidçay, Sevinçay və Qaraquşçayla qovuşur.

Araz çayının suyundan səmərəli istifadə etmək məqsədilə XX əsrin müxtəlif illərində, əsasən Bəhrəmtəpə hidroqovşağı, Mil-Muğan hidro-qovşağı kimi mürəkkəb hidrotexniki qurğular və Rəsularx kanalı, Baş Muğan kanalı, Əzizbəyov kanalları, Boztəpəarx kanalı, Xanqızı kanalları, Maralarx kanalı, Həsənliarx kanalı adlanan magistral kanallar tikilmiş və istifadəyə verilmişdir.

Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq, Qız qalası hidroqovşağının və Xudafərin su anbarının tikinti işləri dayandırılmışdır. Bu faktor da həm ölkənin su ehtiyatlarından səmərəli istifadəyə və həm də məhsul bolluğu yaratmağa mənfi təsir göstərir.

Bəhrəmtəpə hidroqovşağı Araz çayı üzərində çayın mənsəbindən 66 kilometr yuxarıda, İmişli rayonu ərazisində tikilib. 1957-ci ildən istifadə olunur. Bu qurğu tikilməmişdən əvvəl, 1912-ci ilə kimi, mexaniki üsulla tənzimləmə aparmaq şərtilə, Araz çayından magistral kanala su verilib. Qurğunun tikilməsində əsas məqsəd çayın su ehtiyatlarından səmərəli istifadə etməklə Mil və Muğan düzlərində əkin sahələrini lillərdən təmizlənmiş suvarma suyu ilə təmin etməkdən ibarət olmuşdur. Bəndin hündürlüyü 6-7 metrə bərabərdir. Hidroqovşaqda bəndin qarşısına 5 metr basqı yaratmaq məqsədilə, eni 15 metr olan və qapı ilə bağlanan 6 suötürücü qurğu, sağ sahildə isə eni 1,2 metr, hündürlüyü 5 metr olmaqla, durulduculara su buraxan 4 ədəd şlüz nizamlayıcıdan istifadə edilir. Durulducular isə 9 kameradan ibarətdir. Hidroqovşağın fövqəladə hallarda 2500 kub.metr/san su buraxmaq imkanı vardır.

Tikintidən Rəsularx, Baş Muğan və Əzizbəyov kanalları vasitəsilə Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 157 min hektar əkin sahələrinə suvarma suyu vermək mümkündür.

Yay aylarında Araz çayında axının su sərfi tələb olunan həcmdə suyun kanallara verilməsində çətinlik yarandığı hallarda, yaranmış vəziyyət-dən çıxmaq məqsədilə, Yuxarı Qarabağ kanalın-dan Bəhrəmtəpə hidroqovşağından bir qədər yuxarı hissədə Araz çayına 45 kub metr/saniyyəyə qədər su sərfi vermək mümkündür.

Rəsularx kanalı İmişli və Saatlı rayonlarında 18,3 min hektar sahəni suvarma suyu ilə təmin edir. Uzunluğu 51 km-dir. Su buraxma imkanı 16 kub metr/saniyəyə bərabərdir. Kanal əvvəl-lər 1960-cı ildə tikilən torpaq məcrasında fəaliyyət göstərmiş və 1987-ci ildə yenidən tikilərək istifadəyə verilmişdir.

Baş Muğan kanalı 1960-ci ildə istismara verilmişdir. İmişli, Saatlı və Sabirabad rayon-larında 65 min hektar sahəni suvarma suyu ilə təmin edir. Suburaxma imkanı 60 kub metr/saniyədir. Uzunluğu 34 km-dir.

Saatlı rayonunun ərazisində kanal iki hissəyə ayrılır. Sağ istiqamətdə tikilmiş, 21 min hektar ərazini suvara bilən, 65,7 km uzunluğa, 20 kub metr/saniyə suburaxma imkanına malik olan kanal Mürsəlli adlanır. Düz istiqamətdə axan, 66,3 km uzunluğu və 30 kub.metr/saniyə suaxıtma imkanı olan, 30 min hektar sahəni suvarma suyu ilə təmin edən kanal isə Sabir kanalı adlandırılır.

Əzizbəyov kanalı hazırda üç hissədən ibarətdir. Köhnə Əzizbəyov kanalı, Yeni Əzizbəyov kanalı və Əzizbəyov kanalının maşın qolu.

Köhnə Əzizbəyov kanalı torpaq məcrada yenidən tikilərək 1960-cı ildə istismara verilib. Əvvəllər Imişli, Biləsuvar və Cəlilabad rayonlarında 69 min hektar əraziyə xidmət etmək üçün tikilib. Kanalın uzunluğu 65 kilometr, suaparma qabiliyyəti 35 kub metr/saniyədir. Yeni Əzizbəyov kanalı istismara verildikdən sonra kanal ancaq İmişli rayonunun ərazilərində olan 32 min hektar sahəyə xidmət edir.

Yeni Əzizbəyov kanalı 1985-ci ildə istismara verilib. Uzunluğu 46 kilometr, suaparma qabiliyyəti 35 kub metr/saniyədir. İmişli və Biləsuvar rayonlarının ərazisində 37 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edir.

Əzizbəyov kanalının maşın qoluna su Yeni Əzizbəyov kanalından nasoslarla verilir. Biləsuvar rayonu ərazisində tikilmiş nasos stansiyasına su uzunluğu 0,6 kilometr olan beton üzlük çəkilmiş kanalla axıdılır. Stansiyada gücü 2000 kilovat-saat olan 9 ədəd nasos-aqreqat quraşdırılıb.

Boztəpəarx kanalı 1924-cü ildə İmişli rayonu ərazisində tikilib. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla Boztəpəarx kanalına verilir. Başlanğıcında suyun sərfi 8,0 kub metr/saniyə olmaqla torpaq məcrada tikilib. İmişli və Beyləqan rayonlarının ərazisində 11,0 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45,0 kilometrdir.

Mil-Muğan hidroqovşağı. Mil-Muğan hidroqovşağı Füzuli rayonunun ərazisində Araz çayının Kürlə qovuşduğu yerdən 160 kilometr yuxarıda Horadiz qəsəbəsi yaxınlığında 1972-ci ildə tikilib istismara verilmişdir. Hidroqovşağın tikilməsində məqsəd Naxçıvan Muxtar Respublikası ərazisində tikilmiş (1971) Araz su anbarında Araz çayı axınının nizamlanması ilə yaradılmış su ehtiyatından Azərbaycan və İran respublikaları arasında bərabər paylanmaqla birgə istifadə olunmasıdır. Belə ki, hidroqovşağın sağ sahilindən İran İslam Respulikası ərazisində Muğan kanalına və sol sahilindən Baş Mil kanalına bərabər həcmdə suvarma suyu verilir. Kanalların maksimum suaparma qabiliyyəti 95,0 kub metr/saniyədir. Mil-Muğan hidroqovşağı istismara verildikdən sonra Azərbaycan və İran İslam Respublikasının ərazilərində 200 min hektar əkin sahəsində bitkilərin suvarma rejimlərinə müvafiq suvarma suyu ilə təmin etmək mümkün olmuşdur. Hidroqovşağın tikintisindən sonra Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, İmişli rayonlarının ərazilərində 120 min hektar torpaq sahəsindən daha səmərəli istifadə olunmasına əlverişli şərait yaranmış oldu.

Baş Mil kanalı 1976-cı ildə istismara verilib. Mil-Muğan hidroqovşağından su qəbul edən kanal Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və İmişli rayonlarının ərazisində təxminən 143,5 min hektar əkin sahəsinə xidmət edə bilər. Uzunluğu 37,1 kilometrdir. Bütün uzunluğu boyu beton üzlük çəkilib. Suaparma qabiliyyəti 93,0 kubmetr/saniyədir. Üzərində 74 ədəd müxtəlif təminatlı hidrotexniki qurğular və həmçinin mürəkkəb konstruksiyalı dükerlər və cəldaxıdan tikilib. Baş Mil kanalından, xidmət etdiyi sahə 19,6 min hektar olan Yuxarı Mil kanalına, suvardığı sahə 57,3 min hektar olan Yeni Xanqızı kanalına, 22,89 min hektar ərazini suvarma suyu ilə təmin edən Sıfır Paylayıcısı kanalına suvarma suyu verilir.

Yuxarı Mil kanalı tam beton üzlük çəkilmiş formada 1985-ci ildə istismara verilib. Uzun-luğu 20,5 kilometr, suaparma qabiliyyəti 30,0 kub metr/saniyə, Beyləqan və Xocavənd rayonlarında suvarma suyu ilə təmin edəcəyi ərazinin sahəsi isə 19,6 min hektardır. Üzərində 8 ədəd hidrotexniki qurğu, 4 yerdə hidrometrik məntəqə, 6 ədəd körpü və borulu keçid var.

Yeni Xanqızı kanalı Beyləqan və Ağcabədi rayonları ərazisində 57,3 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Beton üzlük çəkilmiş 51 kilometr uzunluğunda, suaparma qabiliyyəti 40 kub metr/saniyə olan kanal Köhnə Xanqızı kanalına paralel olaraq tikilmiş və 1985-ci ildən istismar olunur. Üzərində 32 ədəd hidrotexniki qurğu, 8 yerdə hidrometrik məntəqə, 14 ədəd körpü və borulu keçid tikilib.

Xanqızı irriqasiya sistemi Köhnə Xanqızı və Yeni Xanqızı kanallarının xidmət etdiyi sistemdən ibarətdir.

Köhnə Xanqızı kanalı tarixdə Orconikidze, Govurarx, Borsol və s. kimi adlarla tanınıb. Araz çayından Qarqarçaya kimi uzanan bu kanal Azərbaycanda tikilmiş ən qədim suvarma kanallarından biri hesab edilir.

Torpaq məcrada tikilmiş kanal Beyləqan və Ağcabədi rayonlarında 46,0 min hektar əkin sahəsinə xidmət göstərib. Hazırda bu kanalın suyundan istifadə etməklə yalnız Beyləqan rayonu ərazisində 34 min hektar sahə suvarılır. Kanalın uzunluğu 64 kilometr, suaparma qabiliyyəti isə 45 kub metr/saniyədir. Baş Mil kanalı istismara verildikdən sonra Köhnə Xanqızı kanalına Araz çayından yalnız 8-19 kub metr/saniyə su verilir.

Maralarx kanalı torpaq məcrada Cəbrayıl və Füzuli rayonlarının ərazisində əkinə yararlı münbit torpaq sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə 1931-ci ildə tikilib. Kanala su öz axını ilə Cəbrayıl rayonu ərazisində Araz çayından mexanizmlərlə tənzimləmə aparmaqla qəbul edilir. Uzunluğu 24,0 kilometr, başda qəbul edilən suyun sərfi 12 kub metr/saniyə, xidmət etdiyi ərazinin sahəsi isə 8,0 min hektardır. Hazırda ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinə görə istifadə olunmur.

Həsənliarx kanalı 1951-ci ildə, Cəbrayıl və Füzuli rayonlarında əkinə yararlı münbit torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə 1850-ci ildə çəkilmiş, su götürmə qabiliyyəti az, uzunluğu qısa olan kanalın məcrasında tikilib. Kanala su öz axını ilə Araz çayından Xudafərin körpüləri yaxınlığındakı Həsənli kəndinin ərazisində mexaniki üsulla tənzimləmə aparmaq yolu ilə qəbul edilir. Torpaq məcrada çəkilmiş kanalın uzunluğu 38,0 kilometr, su götürmə qabiliyyəti 10 kub metr/saniyə, suvarma suyu ilə təmin etdiyi ərazinin sahəsi 9,0 min hektardır. Ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Araz çayının ümumi axınının təxminən 50-60 faizi aprel-iyun, 28 faizi noyabr-mart və ancaq 21 faizi iyul-oktyabr aylarında keçir. Çayın su ehtiyatından səmərəli istifadə etmək məqsədilə Araz çayının axınını nizamlamaq kimi mühəndis-texniki tədbirləri həyata keçirmək tələb olunur.

Ölkə ərazisində Araz çayının axınını nizamlamaq və bununla da su ehtiyatı yaratmaq məqsədiiə Naxçıvan Muxtar Respublikasında Araz su anbarı tikilib. Araz su anbarı iyun-avqust aylarında su tələbatının ancaq 25 faizini ödəmək qabiliyyətinə malikdir. Baş verən su çatışmazlıqlarını aradan qaldırmaq üçün ehtiyat yaratmaq məqsədilə Araz çayı üzərində əlavə su anbarlarının tikilməsi ideyası yarandı. Su anbarı üçün ən əlverişli yer isə Xudafərin körpülərindən yuxarı olan hissə seçilmişdir. Xudafərində ən sulu vaxtlarda Araz çayının maksimum sərfi 2860 kubmetr/saniyə (5 may 1969-cu ildə) və ən az sulu vaxtında isə minimum sərf 35 kubmetr/saniyə olmuşdur. Xudafərin su anbarı yaratmaqla Azərbaycanın və qonşu İran İslam Respublikasının ərazisində 140 min hektar sahə suvarma rejimlərinə uyğun olaraq su ilə təmin etmək mümkündür. Yaradılacaq su anbarından kompleks məqsədlər üçün istifadə olunması nəzərdə tutulur.

Xudafərin su anbarı axının çoxillik nizamlanmasına hesablanmışdır. Bu, Araz su anbarından 196 kilometr aşağıda Cəbrayıl rayonunun ərazisində Qumlaq kəndinin yaxınlığında tikiləcək torpaq bənddir. Bəndin üstdən uzunluğu 500 metr, inşaat hündürlüyü 70 metr olacaq. Hər iki sahildə gücü 100 min kilovat olan SES tikiləcək. SES-lərə daxil olan maksimum su sərfi bərabər olacaqdır (272 kub metr/saniyə). Suyu SES-lərə gətirən tunellərin diametri 8,0 metr, uzunluqları isə 400 metrə bərabərdir. Hər iki tərəfdə SES-lər işlədildikdə anbardan buraxılan su sərfi 544 kub metr/saniyə olacaq.

Qız qalası hidroqovşağı Xudafərin su anbarından 13 kilometr, Xələfli dəmir yolu stansiyasından bir qədər aşağı Qız qalası tarixi abidəsinin yanında çox əlverişli bir yerdə tikiləcək. Yuxanda qeyd edildiyi kimi, Xudafərin su anbarından SES-in sutkalıq və həftəlik iş rejiminə müvafiq olaraq buraxılan axın həcmini, suvarma suyunun həcminə müvafiq nizamlamaq üçün yaradılır. Torpaq bəndin üstdən uzunluğu 1050 metr, inşaat hündürlüyü 36 metrdir. Hər iki sahildə gücü 40 min kilovat olan SES-in tikilməsi nəzərdə tutulur. SES-lərə verilən maksimum su sərfi bərabərdir (130 kub metr/saniyə). Anbarın tam həcmi 60,4 milyon kub/metrdir. Bəndin üzərində tikilmiş su aşırandan lazım gəldikdə 2650 kub metr/saniyə su atıla biləcəkdir. Hidro-qovşağından hər iki sahilə 10 kub metr/saniyə su verə biləcək kanallar nəzərdə tutulur. Qız qalası hidroqovşağından kanal vasitəsilə götürülən su ilə Cəbrayıl rayonu ərazisində əkinə yararlı 10 min hektar sahə suvarmaq mümkündür.

Ermənistan silahlı qüvvələrinin işğalı ilə əlaqədar Xudafərin su anbarının və Qız qalası hidroqovşağının tikintisi dayandırılıb. Bu isə Araz çayının su ehtiyatından səmərəli istifadə olunmasına imkan vermir, ərzaq təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərir və s. problemlər yaradılır.

Bitkilərin növündən asılı olaraq zəif şorlaşmış torpaqlarda məhsuldarlıq 15-25 faiz, orta şorlaşmış torpaqlarda isə 40-60 faiz aşağı düşür. Deməli, əkin sahəsindən nəzərdə tutulan məhsulu götürmək olmur. Yəni torpaqdan səmərəli istifadə olunmur. Kənddə yaşayan insanların iş yeri ona verilmiş torpaq sahəsidir. Odur ki, əkin sahəsindən gəlir götürə bilməyən sahibkar yeni iş yeri axtarmaq məcburiyyətində qalır.

Araşdırmalardan məlum olur ki, Araz çayının suyunda və ətraf mühitdə ciddi ekoloji dəyişikliklər baş verir. Çayın suyu son illərdə Ermənistan ərazisində bilərəkdən çirkləndirilir. "Erməniqızıl" birliyinin Oxçuçay ətrafındakı ərazilərdən və Qafan mismolibden saflaşdırma kombinatından Oxçuçaya çirkab deyil, sözün əsl mənasında zəhər tökülür. Araz çayına daxil olan zəhərli çirkab su nəticədə Araz boyu əkin sahələrinə axıdılır. "Transsərhəd su axarlarının və beynəlxalq göllərin istifadəsi və mühafizəsi üzrə konvensiya"ya (Helsinki-1992) Ermənistan Hökuməti tərəfindən əməl edilmir və əksinə, Araz çayının suyunun daha çox zəhərlənməsi hallarına yol verilir.

Kür, Araz və digər çayların çirklənmə səviyyəsi və səbəbləri. Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycan ərazisi su qıtlığı ilə səciyyələndirilən regionlara aiddir. Ölkənin su ehtiyatlarının illik həcmi 35 km3 təşkil edir. Adambaşına illik su ehtiyatının həcmi 1500 m3 təşkil edir.

Ölkənin yerüstü su ehtiyatlarının 80 faizini Kür, Araz çayları və onların bir sıra transsərhəd qollarının suyu təşkil edir. Bu çayların suyunun fon kimyəvi tərkibi və keyfiyyəti də qonşu ölkələrin ərazisində formalaşır. Kür, Araz və onların transsərhəd çaylarının suyunun keyfiyyətinə Gürcüstan və Ermənistan ərazilərindən bu çaylara külli miqdarda atılan çirkab suları yüksək dərəcədə mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən, əhalinin içməli su ilə təminatında istifadə olunan suyun ümumi həcminin 75 faizə qədərini Kür çayı və onun qollarının suyu təşkil etdiyini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Nəzarət Departamenti tərəfindən uzun illər ərzində Kür, Araz və bir sıra orta və kiçik çaylarda, suyun vəziyyətini öyrənmək məqsədilə, mütəmadi müşahidələr aparılır.

Kür çayının suyu Gürcüstan ərazisində yüksək dərəcədə antropogen təsirə məruz qalır və onun keyfiyyəti sanitar normaların tələblərinə cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olur. 2005-ci ildə ölkənin Gürcüstan ilə sərhəddində yerləşən (Şıxlı 2) nəzarət məntəqəsində Kür çayının suyunun tərkibində fenolların miqdarı sanitar normadan 11-20 dəfə, metallardan: mis 7-14 dəfə çox, digər metallar (Hg2+, ümumi xrom Cr, Cr6+, Ni2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, neft məhsullarının 2-6 dəfə və sulfatların miqdarı 2 dəfəyə qədər yüksəkdir.

Çayın Gürcüstan ilə sərhədlərindən Mingəçevir su anbarına kimi axımında mütəşəkkil çirkləndirici mənbələrin olmaması və çayda gedən təbii özünütəmizləmə prosesi nəticəsində suyun tərkibindəki çirkləndirici maddələrin qatılığı 30-55 faizə qədər azalır, lakin onların miqdarı normadan 1-5 dəfəyə qədər yüksək olaraq qalır.

Mingəçevir şəhər kommunal təsərrüfatı və bir sıra sənaye müəssisələrinin çirkab sularının Kür çayına atılması nəticəsində (9 mln.m3/il) onun suyunun tərkibində çirkləndirici maddələrin toplanması nisbətən yüksəlir. Belə ki, fenolların miqdarı sanitar normanı 5 dəfə, metallardan mis 4 dəfə çoxdur, digər mis metallar isə (Hg2+, ümumi xrom Cr, Cr6+, Hi2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, neft məhsulları və sulfatlar iki dəfəyə qədər çoxdur.

Kür çayının orta axımında çaya əsasən yaşayış məntəqələrinin kommunal-məət çirkab suları atılır ki, nəticədə çay suyunun keyfiyyəti dəyişməz olaraq qalır və müvafiq sanitar normaların tələblərinə cavab vermir.

Kür çayının suyunun keyfiyyətinə və xüsusən onun minerallaşmasına Ermənistan ərazisində çirklənməyə məruz qalmış Araz çayının suyu daha çox mənfi təsir göstərir.

Arazın Kürə qovuşan hissəsində (Surra məntəqəsində) Kür çayının suyunun minerallaşması 800-1200 mq/l qədər yüksəkdir. Bu da Kürün yuxarı axımı ilə müqayisədə (Yenikənd məntəqəsi) iki dəfə və onun orta axımı ilə (Zərdab şəhəri) müqayisədə 35-50 faiz çoxdur. Çayın bu hissəsində çirkləndirici maddələrin qatılığı da nisbətən yüksəkdir, o cümlədən, metallardan mis qatışığı sanitar normadan 9 dəfə çox, digərləri isə (Hg2+, ümumi xrom Cr, Cr6+, Нi2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, fenollar 6 dəfə, neft məhsulları və sulfatlar iki dəfə yüksəkdir.

Əli-Bayramlı (2 mln m3/il), Salyan (0,5 mln m3/il) və Neftçala (0,3 mln m3/il) şəhərlərində çirkab sularının Kür çayına axıdılması nəticəsində çayın aşağı axımı və mənsəb sularında metallardan mis qatışıqları sanitar normanı 10 dəfə ötür, digər metallar (Hg2+, ümumi xrom Cr, Cr6+, Нi2+, Pb2+, V5+, Мо6+, Cо2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilindədir, fenollar 5-8 dəfə, neft məhsulları normadan 6 dəfə çoxdur, suyun minerallaşması 1600 mq/l təşkil edərək normanı 60 faiz ötür.

Kür çayının ən iri qolu və ölkə iqtisadiyyatı üçün, Kürdən sonra, mühüm əhəmiyyətli su obyekti Araz çayıdır.

Uzun illər ərzində Ermənistan ərazisində dağ-mədən, energetika, kimya, maşınqayırma və kommunal təsərrüfatı müəssisələrinin çirkab suları Arazın əsas qolları: Razdan, Aqarak, Oxçuçay çaylarına axıdılır və onlar vasitəsilə Araz çayının suları yüksək dərəcədə çirklənməyə məruz qalır. Çayın suyunun yüksək səviyyədə çirklənməsi ölkə ərazisində də bu səviyyədə qalır.

Araz çayının mənsəbində fenolların qatılığı normadan 13 dəfə, metallardan - 9 dəfə, sulfatlarla zənginləşmə - 6 dəfə və minerallaşma 25-35 faiz yüksəkdir.

Qanıx (Alazan) çayı Kürün transsərhəd qollarından biridir. Bu çay əsasən Gürcüstan ərazisində çirklənməyə məruz qalır. Çayın Əyriçay ilə qovuşan hissəsində çirkləndirici maddələrin qatılığı, metallardan mis konsentratları 4-8 dəfə çoxdur, digərləri isə (Hg2+, ümumi xrom Cr, Cr6+, Hi2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, fenollar 4-8 dəfə, neft məhsulları normadan 2 dəfə çoxdur.

Ağstafaçay Kür çayının transsərhəd qollarından biri olaraq, Ermənistan ərazisində çirklənməyə məruz qalır.

Aparılan müşahidələr göstərir ki, bu çayın suyunun tərkibində fenolların qatılıqları normanı 7-18 dəfə, metallardan mis 6-9 dəfə çoxdur, digər metallar norma daxilindədir, neft məhsulları 3 dəfə və sulfatlar 2 dəfə normadan yüksəkdir.

Kür çayının transsərhəd qollarından olan Qabirri (İori) çayında fenolların qatılıqları normanı 7-11 dəfə, metallardan mis 3-6 dəfə ötür, digər metallar norma daxilində olsa da, neft məhsulları normadan 1 dəfə çoxdur.

Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkənin ərazisinə gətirilir.

Transsərhəd çayları ilə müqayisədə ölkənin daxili çayları çirklənməyə mülayim dərəcədə məruz qalır.

Daşkəsən dağ-mədən kombinatının çirkab sularının (0,3 mln m3/il) təsiri nəticəsində 2005-ci ildə Qoşqarçay çayının suyunun tərkibində metalların qatılığı normadan 5-9 dəfə, fenollar - 4-16 dəfə çox olmuşdur.

Kiçik Qafqazın Tovuzçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay çayları nisbətən mülayim çirklənməyə məruz qalmasına baxmayaraq, onların suyunda fenollar və metallardan mis qatılıqları sanitar normadan 2-3 dəfə çoxdur, digərləri norma daxilindədir, neft məhsulları və sulfatların miqdarı 1,5-2 dəfə çox olmuşdur.

2005-ci ildə Böyük Qafqazın cənub yamacının qərb hissəsindən axan Balakənçay, Qalaçay, Qatexçay, Əyriçay, Qurmuxçay çayları nisbətən yüksək çirklənməyə məruz qalmışlar. Bu çayların suyunun tərkibində metallardan mis qatılığı mütəmadi olaraq sanitar normadan 6-12 dəfə çox, digərləri isə (Hg2+, ümumi xrom Cr, Cr6+, Hi2+, Pb2+, V5+, Mo6+, Co2+, Cd2+, Sn2+, Al3+, Mn2+, Ti3+, Bi3+) norma daxilində, fenollar 3-5 dəfə, neft məhsulları normadan 3 dəfəyə qədər yüksək olmuşdur.

Böyük Qafqazın cənub yamacının şərq hissəsindən axan Qudyalçay, Qarasu, Dəmiraparançay, Çöyçay çayları mülayim çirklənməyə məruz qalır. Onların suyunun tərkibində metallardan mis qatılıqları normadan 2-3 dəfə yüksək olur, digərləri norma daxilindədir, fenollar, neft məhsulları və sulfatların qatılıqları isə normanı iki dəfəyə qədər ötür.

Eyni vəziyyət Böyük Qafqazın şimal-şərq yamaclarından axan Qusarçay, Qudyalcay, Vəlvələçay çaylarında müşahidə olunur və bu çayların sularında çirkləndirici maddələrin qatılıqları sanitar normanı 1-3 dəfə üstələyir.

Ölkənin su obyektlərindən daha az çirklənməyə məruz qalan Talış dağlarından axan Viləşçay, Lənkərançay, Tangərüd, Astaraçay çaylarıdır.

Bu çayların suyunun tərkibində ancaq fenollar və metalların qatılıqları sanitar normadan 2 dəfəyə qədər yüksəkdir, qalan maddələrin konsentratları (qatışıqları) isə norma daxilində tərəddüd edir (dəyişir).

Transsərhəd çayların çirklənməsinə dair. Regionda ətraf mühitin mühafizəsi ilə əlaqəli problemlərin əsasını su ehtiyatları ilə bağlı məsələlər təşkil edir. Ölkənin su ehtiyatlarına olan tələbat və çirklənmədən mühafizə edilməsi başlıca strateji təhlükəsizlik tədbiri kimi qarşıda durur.

Ölkə Cənubu Qafqaz su tranzitinin aşağı axarında yerləşməklə, ən çox çirkləndirici təsirə məruz qalır və çay axımının 70 faizi sərhəd hüdudlarından kənarda formalaşır. Çay axınlarının əsas hissəsi Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazilərindən keçərək Azərbaycana daxil olur.

Azərbaycan ərazisinin ¾ hissəsi ölkənin ən böyük su arteriyası olan Kür çayı hövzəsinin aşağı relyefində yerləşdiyindən, çayların qonşu dövlətlərin ərazisində çirklənməsi ekoloji gərginlik yaradır. Kür çayı hövzəsinə Ermənistan ərazisindən ildə, orta hesabla, 350 mln. m3, Gürcüstan ərazisindən isə ildə, orta hesabla, 330 mln. m3 çirklənmiş su axıdılır və bunun nəticəsində Kür çayının ağır metallar, fenollar, neft məhsulları və s. zərərli maddələrlə çirkləndirilməsi müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycanda ətraf mühiti və təbii ehtiyatlara nəzarət çərçivəsində yerüstü suların və transsərhəd suların çirklənməsinə nəzarət edir. Bu məqsədlə əhalinin təhlükəsizliyinin təmin edilməsində transsərhəd çaylarda təhlükəli çirkləndiricilər üzərində nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə nazirliyin Ətraf mühiti üzrə Milli Nəzarət Departamentinin tranzit çay axınları üzərində apardığı müşahidələr nəticəsindəəyyən edilmişdir ki, daxil olan tranzit axınlarının çoxu bir sıra ağır fəsadlar törədə biləcək inqridientlərlə (vasitələrlə) çirkləndirilir. Belə çirkləndirici vasitələr içərisində fenollar və mis birləşmələri xüsusi yer tutur. 2005-ci ildə aparılmış təhlillər Ermənistan ilə sərhəd zona-larda Araz çayında fenolların miqdarının 8-10 dəfə, mis birləşmələrinin 6-8 dəfə, Ağstafaçayda, müvafiq olaraq, 4-9 dəfə və 7-11 dəfə yol verilən qatılıq hədlərindən (YVQH) çox olduğu müəyyən edilmişdir.

Hazırda Azərbaycanın bütün tranzit çayları yuxarı axarlarında güclü çirkləndirici təsirə məruz qalır. Bunu da çox təhlükəli ekoloji meyl kimi xarakterizə etmək olar.

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu indiki halda Kür çayı hövzəsinin çirklənməsi barədə dəqiq məlumatlar əldə etmək də çətinləşmişdir.

Həmçinin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edilir. 560 mln. m3 tutumu olan bu su anbarının suyu qış vaxtı, ərazinin mövcud ehtiyacları nəzərə alınmadan, əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə və yaşayış məntəqələrinə buraxılır və nəticədə isti yay mövsümündə bu ərazidə kəskin su çatızmazlığı yaranır. Yaşayış məntəqələri, kənd təsərrüfatına yararlı sahələr və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın deqradasiyası (korlanması) müşahidə olunur. Bununla da yerli əhalinin, xüsusilə də evlərini tərk etmiş məcburi köçkün və qaçqınların, onsuz da ağır olan şəraiti, daha da ağırlaşdırılır.

Sərhədlərarası su hövzələrinin problemlərinin regional səviyyədə beynəlxalq normalar çərçivəsində həlli üçün Azərbaycan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrəHelsinki Konvensiyasını ratifikasiya etmişdir. Lakin Ermənistan və Gürcüstan bu konvensiyaya qoşulmamışlar və bu da problemin həllini olduqca çətinləşdirir.

Yeraltı sular. Istifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 qr/l - ə qədər) və az minerallaşmaya (1-3 qr/l) malik olan yeraltı sular ölkə ərazisində Paleozoy yaşlı suxurlardan başlayaraq, müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq, ölkəmizin dağlıq və dağətəyi ərazilərində qeyri-bərabər yayılmışdır.

Dağətəyi düzənlik bölgələrinin yeraltı şirin sularının regional istismar ehtiyatları keçən XX əsrin 70-80-cı illərində qiymətləndirilmişdir. Bəzi bölgələrdə (Qarabağ-Mil, Gəncə-Qazax) son dövrlərdə yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədilə, hidrogenoloji tədqiqatlar aparılmışdır. Şirin və az minerallaşmaya malik yeraltı suların regional istismar ehtiyatları keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin Ehtiyatlar Komissiyasında təsdiq olunmuş və ya sınaqlanmışdır.

Regional istismar ehtiyatları hüdudlarında (bəzi hallarda isə yeni sahələrdə) ölkənin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin suya olan tələbatını ödəmək məqsədilə, dəqiq hidrogenoloji kəşfiyyat işləri aparılmış, mərkəzləşmiş və qrup su ğötürücüləri üzrə istismar ehtiyatları uyğun olaraq hesablanmış və təsdiq edilmişdir.

Dağlıq bölgələrdə yeraltı suların proqnoz ehtiyatları inzibati rayonlar üzrə qiymətləndirilmiş və bütövlükdə 1806,9 min m3/gün təşkil edir.

Hazırda ölkə üzrə, müxtəlif illərdə aparılmış hesablamalara əsasən, yeraltı suların regional istismar ehtiyatları -23764,28 min m3/gün (və ya ildə 9 mlrd m3) təşkil edir. Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir: 12079,4 min m3/gün, o cümlədən dağlıq ərazilərdə 126,4 min m3/gün. Bu ehtiyatlardan 1592,1 min m3/gün həcmində yeraltı şirin sular, ümumi minerallaşması 1-3qr/l arasındadır, suvarma və texniki məqsədlər üçün istifadəyə yarayır.

Azərbaycan ərazisində ən mühüm faydalı qazıntılardan biri də yeraltı sulardır. Onlar kimyəvi tərkibcə müxtəlif tipli olub, təsərrüfatların içməli su təchizatında, müalicə məqsədilə və sənayedə texniki məqsədlərə istifadə edilir. Ölkədə həmçinin dərin kəşfiyyat (2000-3000 m) quyuları vasitəsilə böyük istilik enerjisi mənbəyinə malik yüksək temperaturlu (80-1150C) sular aşkar edilmişdir. Ərazidə suların müxtəlif tipli olmasına, onların yaranmasına və paylanmasına ölkənin təbii şəraitinin mürəkkəbliyi təsir göstərmişdir.

Düzən rayonlarda müxtəlif litoloji tərkibli Mezozoy-Müasir dövr yaşlı çökmə suxurlar çox böyük təsərrüfat, içməli qrunt və artezian suları ehtiyatına malikdir. Qrunt sularına, demək olar ki, hər yerdə müasir çöküntülərdə rast gəlinir.

Dağətəyi zonalarda aktiv su mübadiləsi nəticəsində bu sular bir qədər dərində yerləşir. Onların minerallaşması 1 qr/l; kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıdır. Yüksək təzyiqli artezian hövzələri maili düzən sahələrdə Antropogen, Abşeron və Akçaqıl yaşlı suxurlarda (Gəncə-Qazax, Quba-Xaçmaz, Qarabağ, Şirvan və s.), sarmat çöküntülərində (Naxçıvan MR) aşkar edilmişdir. Bu suların minerallaşması təqribən 1 qr/l, kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlı olub, şəhər və kəndlərin su təchizatında və sahələrin suvarılmasında istifadə olunur.

Azərbaycanda 1000-dən artıq soyuq və termal mineral bulaqlar aşkar edilmişdir. Bu bulaqlar əsasında ölkədə bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıx Burnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilmişdir. Ölkə ərazisindəki mineral bulaqlar qaz tərkibinə görə, karbon qazlı, hidrogen-sulfidli, metanla, azotlu və radonludur.

Karbon qazlı mineral sular Kiçik Qafqazda (İsimsu, Şirlan, Turşsu) və Naxçıvan MR-da (Sirab, Badamlı və s.); hidrogen-sulfidli sular Abşeronda (Suraxanı, Şıx Burnu), Talış zonasında (İstisu) və Böyük Qafqazın cənub-şərq yamacında (Çuxuryurd, Altıağac); azotlu sular Astara-Lənkəran (Meşəsu), Salyan (Babazənən), Masallı (Ərkivan) rayonlarındadır.

Kəlbəcərdə Bağırsaq və Naxçıvan MR-da Qahab mineral suları radionudur. Bu suların duz tərkibinin əsasını natrium, kalium, kalsium, maqnezium kationları və hidrokarbonat, sulfat, xlor anionları təşkil edir. Onların temperaturu 4-650-dir.

Ölkə ərazisində sənaye əhəmiyyətli yodlu-bromlu sular (Abşeron yarımadası, Neftçala, Xıllıda) yod, brom və başqa kimyəvi elementlər və duz istehsalına yarayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, ölkənin yeraltı su ehtiyatları iqtisadi rayonlar üzrə aşağıdakı kimi xarakterizə edilir:

I. Abşeron iqtisadi rayonunda

Abşeron yarımadasında 7 su yatağı mövcuddur. Onlardan 2-i sənaye xarakterlidir və ehtiyatları 51,2 min m3/gün-ə bərabərdir. Mineral növlü 5 yataqda isə 1,605 min m3/gün ehtiyat vardır.

II. Quba-Xaçmaz iqtisadi rayonunda

Cəmi 10 su yatağı vardır. Onlardan Xaçmaz rayonu ərazisində şirin sulu 2 yataq (ehtiyatlarının həcmi 1582,6 min m3/gün), mineral sulu 1 yataq (0,293 min m3/gün) və termal sulu 1 yataq (25,375 min m3/gün); Qusar rayonunda şirin sulu 3 yataq (14,2 min m3/gün); Quba rayonunda şirin sulu 2 yataq (16,8 min m3/gün) və Dəvəçi rayonunun ərazisində mineral sulu 1 yataq (0,015 min m3/gün) mövcuddur.

III. Dağlıq Şirvan iqtisadi rayonunda

Burada 5 yeraltu su yataqları aşkar olunmuşdur. Onlardan şirin sulu bir yataq İsmayıllı rayonunun ərazisində yerləşir və 11,3 min m3/gün ehtiyatı vardır; Şamaxı rayonunda şirin sulu bir yataq (9,8 min m3/gün) və mineral sulu 2 yataq (0,306 min m3/gün); Ağsuda şirin sulu bir yataq vardır (ehtiyatları 12,3 min m3/günlə xarakterizə edilir).

IV. Şəki-Zaqatala iqtisadi rayonunda

İqtisadi rayonun ərazisində 9 yeraltı su yataqlarının mövcudluğu məlumdur. Onlardan Balakən rayonunda şirin sulu bir yataq (19,3 min m3/gün); Zaqatalada şirin sulu bir yataq (35,5 min m3/gün); Şəkidə şirin sulu 2 yataq (128,8 min m3/gün); Qaxda şirin sulu bir yataq (13,0 min m3/gün) və mineral sulu bir yataq (0,284 min m3/gün); Oğuzda şirin sulu bir yataq (10,5 min m3/gün) və Qəbələ rayonunun ərazisində şirin sulu 2 yataq (90,2 min m3/gün ehtiyatla) mövcuddur.

V.Aran iqtisadi rayonunda

Ərazidə 13 yeraltı su yataqları vardır. Onların yerləşdiyi ərazi istifadəyə yararlılığı belə xarakterizə edilir: Yevlax rayonunda şirin sulu 2 yataq və 45,9 min m3/ehtiyatla; Ağdaş rayonunda şirin sulu 2 yataq (17,4 min m3/gün); Ucar şirin sulu bir yataq (13,6 min m3/gün); Ağcabədi rayonunda şirin sulu bir yataq (57,0 min m3/gün); Mil düzündə şirin sulu bir yataq (107,7 min m3/gün); Beyləqan rayonunda şirin sulu bir yataq (72,0 min m3/gün); Çöycay rayonunda bir yataq (şirin suludur və 43,3 min m3/gün ehtiyatı vardır); Neftçala rayonunda ehtiyatları 99,76 min m3/günə bərabər və sənaye təyinatlı suyu olan 2 yataq; Salyan rayonunun ərazisində 78,6 min m3/gün ehtiyatı olan sənaye təyinatlı 2 yataq barədə məlumatlar mövcuddur.

VI. Gəncə - Qazax iqtisadi rayonunda

Ərazidə şirin suyu olan 10 yataq vardır. Onların yerləşmə xüsusiyyəti və ehtiyatlarının həcmi min m3/günlə aşağıdakı kimi xarakterizə edilir: Qazax rayonunda 2 yataq (105,2); Tovuz rayo-nunda – 3 yataq (57,1); Şəmkir rayonunda – 2 yataq (45,1); Xanlar (44,9), Göranboy rayonları (20,5) və Gəncə (118,3) şəhərinin hər birinin ərazisində bir yeraltı su yataqları aşkarlanmışdır.

VII. Yuxarı Qarabağ iqtisadi rayonunda

Bu iqtisadi rayonun ərazisində 19 yeraltı su yataqları mövcuddur. Onların 3-nün mineral və yerdə qalanlarının şirin su ehtiyatları vardır. Yerləşmə xüsusiyyəti belədir: Tərtər rayonunda 2 yataq və ehtiyatları 87,6 min m3/gün; Şuşa rayonunda 2 şirin (48,3 min m3/gün) və 3 mineral (0,412 min m3/gün) sulu yataqlar; Füzuli rayonunda – 4 yataq və 63,0 min m3/gün; Cəbrayıl rayonunda – 4 yataq və 49,6 min m3/gün; Zəngilan rayonunun ərazisində 2 şirin sulu yataqda 15,0 min m3/gün ehtiyatla.

VIII. Kəlbəcər-Laçın iqtisadi rayonu

Ərazinin mineral su ehtiyatlı 8 yeraltı yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir.

Ağdam və Füzuli rayonlarında yerləşən yataqlar qismən, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarının ərazisində yerləşən yataqların hamısı, habelə Kəlbəcər – Laçın iqtisadi rayonlarındakı yeraltı su ehtiyatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdədir.

IX. Lənkəran iqtisadi rayonunda

Lənkəran inzibati rayonun ərazisində şirin sulu bir (26,0 min m3/gün) və mineral sulu 2 (1,55 min m3/gün) yeraltı yataqlar məlumdur.

X. Naxçıvan Muxtar Respublikasında

Muxtar Respublika ərazisində 18 yeraltı su mənbələrinin mövcudluğu barədə məlumat verilir. Onların 6-sı mineral sulu və digərləri isə şirin sulu yataqlardır. Sədərək rayonunun ərazisində şirin sulu 1 yataq (ehtiyatları 42,7 min m3/gün-ə bərabərdir); Şərur rayonunda şirin sulu 2 yataq (322,7 min m3/gün); Şahbuz rayonunda şirin sulu 3 yataq (15,8 min m3/gün) və mineral sulu 1 yataq (1,045 min m3/gün); Naxçıvan şəhəri ərazisində mineral sulu 4 yataq (3,321 min m3/gün) və şirin sulu 1 yataq (28,7 min m3/gün); Culfa rayonunda mineral sulu bir yataq (4,507 min m3/gün); Ordubad rayonunda şirin sulu 3 yataq (89,1 min m3/gün) və Kəngərli rayonunun ərazisində 2 yataq (62,0 min m3/gün şirin su) məlumdur.

Göstərilən yataqların mənimsənilməsi əhalinin, sənaye və kənd təsərrüfatının su ilə təminatı; əhalinin məşğulluğunun yüksəldilməsi və işsizliyin aradan qaldırılması; regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bu barədə qəbul edilmiş Dövlət Proqramının yerinə yetirilməsi və s. sosial-iqtisadi məsələlərin həllinə şərait yaratmış olur.

Yeraltı sularının çirklənmə vəziyyəti və səbəbləri . Azərbaycan ərazisində içməli və az minerallaşmış yeraltı suların ehtiyatları məh-duddur və qeyri-bərabər paylanmışdır.

Yeraltı suların əsas ehtiyatları dağətəyi düzənliklərdə: Samur-Qusarçay, Şəki-Zaqatala, Gəncə-Qazax, Qarabağ-Mil, Cəbrayıl, Lənkə-ran, Naxçıvan və Şirvan ərazilərində toplanmışdır.

Aran bölgələrdə, xüsusilə Muğan-Salyan düzənliklərində, Şirvan, Mil, Lənkəran düzənliklərinin xeyli ərazilərində minerallaşması bəzən 100-200 qr/l-ə çatan duzlu yeraltı sular yayılmışdır. Ceyrançöl, Acınohur, Şamaxı-Qobustan ərazilərində də müxtəlif minerallaşmaya və kimyəvi tərkibə malik olan yeraltı sular yayılmışdır.

Keyfiyyətinin təbii mühafizəsinə görə, ölkənin bütün yeraltı su hövzələri zəif mühafizə olunan kimi qiymətləndirilir.

Dağətəyi düzənliklərin əsas yeraltı su hövzə-sində hidrogenoloji şəraitin xüsusiyyətlərinə görə, yer səthindən aşağıda yatan birinci sulu horizont təbii mühafizədən məhrumdur.

Texnogen amillərin təsiri altında yeraltı suların kimyəvi tərkibində əsaslı dəyişikliklər baş verir və bu proses iki istiqamətdə gedir.

Bir tərəfdən, müxtəlif məqsədlər üçün və əsasən suvarmada istifadə olunmuş suların yeraltı sulu horizontlara infiltrasiyası (süzülməsi) nəticəsində duzlu yeraltı suların yayıldığı sahələrdə minerallaşma dərəcəsinin azalması prosesi gedir. Digər tərəfdən, müxtəlif kimyəvi element və birləşmələrlə zənginləşmiş istifadə edilən suların yeraltı sulu horizontlara infiltrasiyası (süzül-məsi) prosesində bu element və birləşmələrin yeraltı sulara miqrasiyası (qarışması) baş verir və yeraltı sular çirkləndirilir.

Ümumiyyətlə, yeraltı suların çirklənməsi torpaq qatının və aerasiya zonası suxurlarının çirklənməsinin vəziyyəti ilə sıx əlaqəlidir.

Ölkənin düzənilk bölgələrinin əksər ərazilərində torpaq qatı və aerasiya zonasının suxurları təbii çirklənməyə-xloridli natriumlu, sulfatlı xloridli natriumlu, sulfatlı-xloridli və maqneziumlu-natriumlu duzlaşmaya məruz qalır. Duzlaşmanın dərəcəsi relyefin sıfır qiymətinə uyğun horizontalından aşağıda, çox zəif drenləşmiş və axmaz sahələrdə xüsusilə yüksəkdir.

Suvarılan ərazilərdə, lokal sahələrdə, torpaq qatı və aerasiya zonası suxurlarda üzvi və mineral kübrə qalıqlarına, nitrit və nitratların, müvafiq olaraq, 0,9-505 və 0,9-194 mkq/kq miqdarında qalıqlarına rast gəlinir.

Mineral kübrələr verilmiş sahələrdə, xüsusilə əvvəllər fəaliyyət göstərmiş mineral kübrə anbarlarının yaxınlığında, müxtəlif illərdə hekso-xloran DDT, sevin birləşmələrinin qalıqları aşkar edilmişdir.

Gəncə şəhəri Gil-Torpaq kombinatının şlam anbarlarının ətrafındakı aerasiya zonası suxurlarında nitrat, nitrit, fosfat kimi üzvi qalıqların, sulfat, xlor, dəmir və aliminumun müxtəlif birləşmələrinin yüksək konsentrasiya (toplanma) həddi müşahidə edilmişdir.

Heyvandarlıq kompleksləri ətrafında aerasiya zonası suxurlarında üzvi qalıqların miqdarı yol verilən həddən dəfələrlə yüksək miqdarda qeydə alınır.

Torpaq qatı və aerasiya zonası suxurları Abşeron yarımadası və Bakı şəhərinin ərazisində xüsusilə yüksək dərəcədə çirklənmişdir.

Abşeron yarımadasının istifadəsində olmuş və artıq istifadə edilməyən neft mədənlərinin sahələrində, torpaq qatı və aerasiya zonası suxurları ifrat dərəcədə müxtəlif birləşmələrlə, xüsusilə neft və neft məhsulları ilə çirklənmiş vəziyyətdədir.

Sumqayıt şəhərinin sənaye müəssisələrinin ərazisində çox təhlükəli kimyəvi element və birləşmələr aerasiya zonası suxurlarına miqrasiya etmişdir (hopmuşdur). Sumqayıt xlor-qələvi zavodunun həyətində aerasiya zonası suxurlarında aşkar edilmiş təhlükəli həddə civə yayılması, şəhərin ərazisindəki çox gərgin vəziyyəti yaratmağa səbəb olmuşdur.

Ölkə ərazisində yeraltı sular, ümumiyyətlə, regional miqyasda çirklənməyə məruz qalmamışdır. Bununla yanaşı, bir çox lokal sahələrdə yeraltı suların kommunal, sənaye, kənd təsərrüfatı məəli çirklənməsi halları müşahidə edilir.

Kommunal məəli çirklənmənin əsas səbəbi əksər yaşayış məntəqələrinin kanalizasiya şəbəkəsinin və təmizləyici qurğuların olmaması və ya məhdudluğu ilə xarakterizə edilir. Məət tullantıları, bir qayda olaraq, çaylara, dənizə, relyefin çökək yerlərinə və ya bu məqsədlə qazılmış çalalara axıdılır və yeraltı suların da çirklənməsi, çirkli çay sularının və müxtəlif çirkləndiricilərin aerasiya zonasından bilavasitə yeraltı sulara süzülməsi nəticəsində baş verir. Hətta mövcud təmizləyici qurğularla belə tullantı suların tam təmizlənməsi mümkün olmur. Belə ki, Gəncə şəhərində formalaşan tullantı sularının əraziyə axıdılması nəticəsində qrunt sularında fenol (0,007-0,13 mq/l), sulfatlar (960-1280 mq/l), dəmir (0,5-5,0 mq/l) müşahidə edilir.

Suvarılan sahələrdə yeraltı sularda nitratların, nitritlərin yüksək hədlərinin müşahidə edilməsinə baxmayaraq, onların miqdarı adətən buraxıla bilən həddən artıq olmuşdur.

Kənd təsərrüfatı səciyyəvi çirkləndiricilərlə yeraltı suların çirklənməsi adətən mineral kübrə anbarlarının yaxınlığında baş verir. Bu sahələrdə qrunt sularında müxtəlif illərdə heksoxloranın 0,01-0,06 mq/l, sevinin 0,02-0,15 mq/l, roqarın 0,0-0,5 mq/l miqdarında qalıqlarına rast gəlmək olur.

Naxçıvan MR-nın kəhrizlərində nitritlərin 0,01-1,2 mq/l, nitratların 2-75 mq/l miqdarında qalıqları müşahidə edilir.

Heyvandarlıq kompleksləri ətrafında nitrat və nitritlər uzun illər ərzində böyük dərinliklərə miqrasiya edərək (hoparaq) yeraltı sularda onların miqdarını, müvafiq olaraq, 12-145 mq/l və 10-19 mq/l-ə çatdırır.

Abşeron yarımadasında və Bakı şəhərində yeraltı suların kimyəvi tərkibi ən müxtəlif çirkləndiricilərlə zənginləşdirilir. Torpaq qatını və aerasiya zonasının suxurlarını doydurmuş çirkləndiricilər sonradan yeraltı sulara da asanlıqla miqrasiya edir (axır).

Yarımadanın yeraltı sularında fenollara, sulfidlərə, anilinlərə, aminlərə, aromatik karbohidrogenlərə, radioaktiv elementlərə geniş rast gəlmək olur.

Suvarılan sahələrdə, heyvandarlıq komplekslərinin ətrafında yeraltı sular bakterioloji çirklənməyə məruz qalır.

Yeraltı suların bakterioloji çirklənməsi xüsusilə Abşeron yarımadası və Cəlilabad, Masallı, Lənkəran rayonlarının ərazisində müşahidə edilir. Yeraltı suların çirklənməsinə şərait yaradan amillərdən biri də müxtəlif təşkilatlar tərəfindən qazılmış və halhazırda istifadəsiz qalan su quyularıdır (çuxurlardır).

Samur-Qusarçay düzənliyi ərazisində termal suların kəşfiyyatı məqsədilə qazılmış quyuların bir çoxu hal-hazırda fəaliyyətli rejimdə işləyərək yüksək minerallaşmaya malik olan yeraltı suları yer səthinə çıxarırlar və bu sular da içməyə yararlı suların keyfiyyətinin dəyişməsinə səbəb olur.

Ölkənin faydalı qazıntılarının mövcudluğu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən ölkənin filiz yataqlarının sayı 20-ə, onlardakı ehtiyatların həcmi 536337 min tona; gips və gəc yataqlarının sayı 7-ə, ehtiyatların həcmi 65738 min tona; bentolit yataqları 3-ə və ehtiyatlarının həcmi 102147 min tona; xörək duzu – 4-ə və 1301597 min tona; dolomit – 2-yə və 10001 min tona; kvarsit – 2-yə və 7590 min tona; şüşə xammalı – 5-ə və 24801 min tona; flyus xammalı – 1-ə və 50788 min tona; soda xammalı – 1-ə və 129833 min tona; keramika xammalı – 3-ə və 10154 min tona; mineral boyalar – 3 -ə və 188 min tona; seolit – 1-ə və 10113 min tona; barıt – 2-yə və 217 min ton; əlvan daşlar – 5-ə və 2889 min ton; mişar daşları – 60-a və 620997 min m3; üzlük daşlar – 21-ə və 56564 min m3; gil – 94-ə və 187642 min m3; sement xammalı – 11-ə və 359845 min ton; əhəng xammalı – 18-ə və 269761 min tona; tikinti daşları – 9-a və 98462 min m3; qum-çınqıl – 70-ə və 1123680 min m3; qum – 14-ə və 60522 min m3; bitumlu suxurlar – 3-ə və 1586 min m3; perlit və pemza yataqlarının sayı 2-yə və ehtiyatlarının həcmi 6617 min m3-a bərabərdir.

Ölkənin Milli Parkları, təbiət və Dövlət Qoruqlarının flora və faunası. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınan məlumatlara görə, ölkədə 7 Milli Park, 13 Dövlət Təbiət Qoruqları və 21 Dövlət Təbiət Yasaqları mövcuddur.

Abşeron Milli Parkı

florası: qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları;

faunası: quşlar- gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıdöş qazlar, ağgöz qara ördək, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s.; məməlilər- Xəzər suitisi (Xəzər dənizində) ceyran, çaqqal, tülkü, porsuq, dovşan, canavar, yenot, oxlu kirpi və s.

Altıağac Milli Parkı

florası: Qafqaz palıdı, Qafqaz vələsi, şərq fısdığı, göyrüş, tozağacı, itiyarpaqlı ağcaqayın, əzgil, qaratikan yemişan, böyürtkən, itburnu və s.;

faunası: quşlar- qırqovul, qartal, kəklik, qaratoyuq, keçisağan və s.; məməlilər- cüyür, qonur ayı, qaban, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar və s.

Ağ göl Milli Parkı

Flora: florası: Duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s.

faunası: suda-quruda yaşayanlar – yaşıl quru qurbağası, kiçik Asiya qurbağası, göl qurbağası və s.;

sürünənlər- Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızılı təlxə, Zaqafqaziya gürzəsi və s.; quşlar-mərmər cürə, turac, bəzgək, qara leylək, sultan toyuğu, ərsindimdik, flaminqo, qutanlar, vağlar, ördəklər, qazlar və,s.; məməlilər- canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan, çöl pişiyi, qamış pişiyi və s.

Hirkan Milli Parkı

florası: Hirkan bigəvəri, ayıdöşəyi, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar, şabalıd-yarpaq palıd, dəmirağac, vələs, ipək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s.;

faunası: həşəratlar- tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və s.;

Suda-quruda yaşayanlar- adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası və s.; sürünənlər- Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s.; quşlar- qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s.; məməlilər- bəbir, xallı maral, vaşaq, porsuq, qaban cüyür, yenot və s.

Şirvan Milli Parkı

florası: qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çalaçəmən (dəvəotlu) bitki formasiyaları;

faunası: suda-quruda yaşayanlar- Suriya sarımsaqiyli qurbağası, yaşıl quru qurbağası, göl qurbağası və s.;

sürünənlər- Aralıqdənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ, adi suilanı, suilanı, Zeytuni təlxə, qızılı təlxə, kələz ilan, cənubi Qafqaz gürzəsi və s.; quşlar- yaşılbaş ördək, fitçi cürə, boz ördək, marek, bizquyruq, cınıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək, iyrəncələr, qutanlar , qarabattaqlar və qağayılar, çovdar-çılar, bizdimdiklər, bekaslar, su fərəsi, adi porzan, cırtdan porzan, qamışlıq fərəsi, bəzgək, dovdağ, çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, məzar qartalı, ütəlgi, şahin, turac və s.;

məməlilər- itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə (yarasalar), ağdöş və qulaqlı kirpi, Quldenştet qonurdişi, ceyran, çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik və Kiçik Asiya ərəbdovşanları, boz dovşan, canavar, çaqqal, tülkü, gəlincik, safsar porsuq, qamış pişiyi, çöl pişiyi, Xəzər suitisi (Xəzər dənizində), çöl donuzu və s.

Ordubad Milli Parkı (Naxçıvan Muxtar Respublikası)

florası: çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, Zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s.;

faunası: balıqlar- Kür altağızı, Kür qumlaq-çası, Araz xramuliyası, Kür şirbiti, Zaqafqaziya ilişkəni, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşcəsi və s.; Suda-quruda yaşayanlar- yaşıl qurbağa, kiçik ağac qurbağası, qısaayaq qurbağa, göl qurbağası və s.; sürünənlər- Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq kərtənkələsi, kiçik Asiya gürzəsi, kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəsi, ox ilanı və s.; quşlar- Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berqut, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları dovdaq, bəzgək və s.; məməlilər - Blazilius və ya Aralıq dənizi nalburunu, cənub nalburunu, adi uzunqanadlı (yarasalar), oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, bezoar keçi, dağ qoyunu (muflon), canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s.

Şahdağ Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2006-cı il tarixi 1814 nömrəli Sərəncamı ilə yaradılmışdır. Lakin Milli Parkın sərhədləri, əhatə etdiyi ərazilər və s. tam dəqiq müəyyən edilmədiyindən Şahdağ Milli Parkında yayılmış fauna və flora nümayəndələri, bitki örtüyü hələlik dəqiqləşdirilməmişdir.

Eldar Şamı Dövlət Təbiət Qoruğu

florası: Eldar şamı, ardıc, saqqız ağacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan və s.;

faunası: quşlar – kəklik, qırqovul və s.

məməlilər- qonur ayı, tülkü, canavar, dovşan, çöl donuzu və s.

Göy-göl Dövlət Təbiət Qoruğu

florası: Şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam, zoğal, zirinc, itburnu, əzgil, gərmoşov, böyürtkən, Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyasdığı, şırımlı topal, ağbığ, qırtıc və s.;

faunası:balıqlar- forel balığı və s.; quşlar- Xəzər uları, qara kərkəs, kəklik və s.; məməlilər - nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ , Şərqi Qafqaz təkəsi, qonur ayı və s.;

Ismayıllı Dövlət Təbiət Qoruğu

florası: fısdıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq), göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s.;

faunası: quşlar- qırqovul, qaratovuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s.; məməlilər- cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan və s.

Pirqulu Dövlət Təbiət Qoruğu

florası: vələs, palıd, fısdıq, şam, göyrüş, iberiya və şərq palıdı, şərq fısdığı, Qafqaz vələsi, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s.;

faunası: quşlar - turac, berkut, çöl qartalı, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik, və s.; məməlilər – cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, qonur ayı, köpgər və s.

Zaqatala Dövlət Təbiət Qoruğu

florası: fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s.;

faunası: quşlar - ağacdələn, şəfəq bülbülü, adi qarquşu, qaratoyuq, arıquşu, qarğa, adi payız-bülbülü və s.; məməlilər- şərqi Qafqaz təkəsi, maral, qarapaça, çöl donuzu və s.

İlisu Dövlət Təbiət Qoruğu

florası: Şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, qaraçöhrə, Radde ağcaqayını, moruq və s.;

faunası: balıqlar- forel balığı, şərq qışovçusu, kür şirbiyi, və kür xramuliyası və s.; sürünənlər- kərtənkələ, təlxə, koramal vs s.; məməlilər- nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu, qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq, dovşan, süleysinlər, siçanlar, sincablar, ağdiş və qonurdiş kirpilər, nalburunlar (yarasalar) və s.

Türyançay Dövlət Təbiət Qoruğu

florası: ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s.;

faunası: suda-quruda yaşayanlar- Xəzər tısbağası və s.; quşlar - kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, səələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu, şahin, berkuta, çöl qartalı və s.;

məməlilər - çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s.

Şirvan Dövlət Təbiət Qoruğu

florası: qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənlimüxtəlifotlu, efe-merli, sahil qumlu və çalaçəmən (dəvəotlu) bitki formasiyaları;

faunası: quşlar - turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızılqaz (flaminqo), qırmızıdöş qaz, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək, çəhrayı qutan, qara leylək, soltan toyuğu, ərsindimdik, fısıldayan qu, kiçik qu vəs.; məməlilər- ceyran, qunduz, cöl donuzu, dovşan, Xəzər suitisi (Xəzər dənizində), canavar, çaqqal, tülkü, porsuq və s.

Bəsitçay Dövlət Təbiət Qoruğu (Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və yasaqlıq rejimi məhv edilmişdir)

florası: Şərq çinarı, qoz, palıd, vələs, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan və s. kol bitkiləri;

faunası: quşlar - kəklik, turac, göyərçin və s.; məməlilər – canavar, çöl donuzu, porsuq, cüyür, dovşan və s.

Qarayazı Dövlət Təbiət Qoruğu

florası: söyüd, böyürtkən, iydə, zirinc, ağyarpaq qovaq, palıd, qızılağac, yemişan, böyürtkən, söyüd, qaramurdarça, iydə, göyəm və s.;

faunası: balıqlar - şəmayı, çapaq, naxa, şirbit və s.; suda-quruda yaşayanlar-göl və quru qurbağaları, bataqlıq tısbağası və s.; sürünənlər- müxtəlif ilanlar, kərtənkələ və s.; quşlar- qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın, ördək, su fərəsi, bülbül və s.; məməlilər- maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donu-zu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s.

Qızılağac Dövlət Təbiət Qoruğu

florası: qamış, dəniz lığvari, ciyən, şanagüllə, buynuzyarpaq, yaşıl, diatom və göy-yaşıl yosunlar (Kiçik və Böyük Qızılağac körfəzlərində);

faunası: balıqlar – siyənək, kütüm, çəki, naxa, sıf, capaq, kefal, xul və s.; sürünənlər -Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s.; quşlar – qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllüt və s.; məməlilər - canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı, Xəzər suitisi və s.

Qaragöl Dövlət Təbiət Qoruğu (Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və yasaqlıq rejimi məhv cdilmişdir)

florası: gölün sahilyanı ərazilərində əsasən, qaytarma, gəvən, üçyarpaq yonca və digər pax-lalı bitkilər üstünlük təşkil edən çəmənliklərdən ibarətdir. Göldə - amfibi qırxbuğumu, qaymaq-çiçəyi və s. yayılmışdır.;

faunası: qoruğun faunası 68 cins və 27 növdən ibarətdir. məməlilər- tülkü, canavar, dovşan və s.; balıqları -Göyçə alabalığı, forel balığı, qızıl balıqlar və s., zooplanktonlar, dibində isə yanüzənlər (qammaruslar) yayılmışdır.

Şahbuz Dövlət Təbiət Qoruğu (Naxçıvan Muxtar Rcspublikası)

florası: ağıriyli ardıc, Araz palıdı, alma, alça, şərq palıdı, vən, daş armud, yemişan, acı badam, şərq laləsi, ətirli yabanı qərənfıl növləri, dağ lalələri, səhləb, paradoksal süsən və s.;

faunası: suda-quruda yaşayanlar – Suriva sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, cənubi Qafqaz qurbağası və Kiçik Asiya qurbağası və s.; sürünənlər - kor ilan, çöl əfisi, boz rəngli kərtənkələ, gürzə, su ilanı və s.; quşlar- Avropa tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və s.; məməlilər - qonur ayı, canavar, tülkü, cöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq, meşə sülsəni, kiçik ərəb dovşanı və s.

Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı

florası: Tuqay meşələri, palıd meşəsi, cavan qarışıq meşələr və kolluqlar, qamışlı cəngəlliklər;

faunası: quşlar- qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hophop, ağacdələn, bildirçin və s.; məməlilər- maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq və s.

Şəki Dövlət Təbiət Yasaqlığı

florası: palıd, qızılağac, qoz, tut, yemişan, əzgil, böyürtkən, alça və s.;

faunası: quşlar- qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s.; məməlilər- qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab və s.

Laçın Dövlət Təbiət Yasaqlığı (Ermənistan silahlı qüvvələrinin işğalı altındadı və yasaqlıq rejimi məhv edilmişdir)

florası: vələs, cökə, palıd, ağcaqayın və s.;

faunası: quşlar- kəklik, tetra quşu, bildirçin, alabaxta və s.; məməlilər- bezoar keçisi, cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı və s.

İsmayıllı Dövlət Təbiət Yasaqlığı

florası: vələs, fısdıq, və palıd meşələri;

faunası: quşlar- kəklik, bildirçin, turac, alabaxta, ular və s.; məməlilər- canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s.

Qusar Dövlət Təbiət Yasaqlığı

florası: fısdıq, vələs, palıd, yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s.;

faunası: quşlar- turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s.; məməlilər - çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s.

Qızılca Dövlət Təbiət Yasaqlığı

florası: meşə və meşə altından çıxmış dağbozqır bitkiləri, palıd, fısdıq, vələs və s.;

faunası: məməlilər – cüyür, qonur ayı, çöl donuzu, dovşan və s.

Qubadlı Dövlət Təbiət Yasaqlığı (Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və yasaqlıq rejimi məhv edilmişdir)

florası: palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s.;

faunası: quşlar–kəklik, qırqovul, turac, bildirçin və s.; məməlilər - çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq və s.

Zuvand Dövlət Təbiət Yasaqlığı

florası: quru bozqır bitkiləri kompleksləri, yabanı dənli və paxlalı-dənli bitki qrupları;

faunası: quşlar- kəklik və s.; məməlilər- bezoar keçisi, qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s.

Şəmkir Dövlət Təbiət Yasaqlığı

florası: söyüd, ağyarpaq qovaq, qara-tikan, böyürtkən, yulğun və s.;

faunası: quşlar - turac, qırqovul, kəklik və müxtəlif su quşları və s.;

məməlilər- çöl donuzu, tülkü,canavar, dovşan, meşə pişiyi, çaqqal və s.

Bərdə Dövlət Təbiət Yasaqlığı

florası: qovaq, söyüd, tut və s. ibarət cavan meşəliklər, yulğunun üstünlük təşkil etdiyi kolluqlar, palıdın üstünlük təşkil etdiyi meşəliklər;

faunası: quşlar - qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s.; məməlilər- çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s.

Korçay Dövlət Təbiət Yasaqlığı

florası: yovşanlı-şoranlı, şoranlı – yovşanlı bitki qrupları çay yataqlarının bitki kompleksi və efemerlər;

faunası: quşlar - kəklik, turac və s.; məməlilər - ceyran, dovşan, tülkü, çaqqal, canavar və s.

Bəndovan Dövlət Təbiət Yasaqlığı

florası: qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çalaçəmən (dəvəotlu) bitki formasiyaları;

faunası: quşlar - qu quşu, çay ördəyi, dalğıc, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin, ağquyruq dəniz qartalı, çöl qartalı, qırğı, məzar qartalı, ütəlgi, bekas və s.; məməlilər - ceyran, dovşan, tülkü, çaqqal, canavar, qamış pişiyi, çöl pişiyi, qunduz, porsuq və s. Xəzər dənizinin sahil sularında Xəzər suitisi və müxtəlif balıqlar yaşayır.

Gil adası Dövlət Təbiət Yasaqlığı

florası: Xəzər dənizində yerləşir;

faunası:: müxtəlif quşlar, xüsusilə gümüşü qağayılar.

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

florası: qamış, dəniz lığvari, ciyən, şanagüllə, buynuzyarpaq, sulələyi və s.;

faunası: quşlar - turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s.; məməlilər - canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s.

Daşaltı Dövlət Təbiət Yasaqlığı (Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və yasaqlıq rejimi məhv edilmişdir)

florası: palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça, dərman, endemik və nadir bitkilər;

faunası: məməlilər - çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və s.

Qəbələ Dövlət Təbiət Yasaqlığı

florası: uçyarpaq yonca, topal, tonqalotu, əvəlik. yarpız, qaymaqçiçəyi, qoz, fındıq, vələs, palıd, yabanı şabalıd, dəmirağac, saqqız ağacı, fısdıq, ağcaqayın, alma, armud ağacları, əzgil, zoğal, itburnu, böyürtkən, yemişan, çaytikanı kimi kol bitkiləri;

faunası: quşlar-kəklik, qırqovul, turac, göyərçin və s.; məməlilər - nəcib Oafqaz maralı, qara-paça, canavar, vaşaq, çöl pişiyi, çöl donuzu, daş dələsi, cüyür, yenot, canavar və s.

Arazboyu Dövlət Təbiət Yasaqlığı (Ermənistan silahlı qüvvələrin işğalı altındadır və yasaqlıq rejimi məhv edilmişdir)

florası: tuqay meşələri, yulğun, palıd, vələs, şərq çinarı, saqqız ağacı, ağyarpaq qovaq, qarağac, alça, iydə, söyüd, böyürtkən, biyan və s.;

faunası: quşlar-turac, qırqovul, kəklik və s.; məməlilər-qonur ayı, cüyür, tülkü, çöl donuzu, canavar, çaqqal və s.

Qax Dövlət Təbiət Yasaqlığı

florası: palıd, fısdıq, vələs və s., çəmən bitkiləri, çöl və yarımçöl bitkiləri;

faunası: quşlar-tetra, qırqovul, turac, kəklik, ular və s.; məməlilər - nəcib Qafqaz maralı. Dağıstan dağkeçisi, köpgər, qonur ayı, bəbir, vaşaq, meşə pişiyi, çöl donuzu, süleysin və s.

Ordubad Dövlət Təbiət Yasaqlığı (Naxçıvan Muxtar Respublikası)

florası: çılpaq dorema, yabanı zınbır-tikan, Araz palıdı, Zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s.;

faunası: quşlar - turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s.; məməlilər-bezoar keçisi, köpgər, daşlıq dələsi, canavar, çaqqal, tülkü və s.

Arazboyu Dövlət Təbiət Yasaqlığı (Naxçıvan Muxtar Respublikası)

florası: Arazboyu düzənliklər və ya qismən alçaq dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülmüşdür;

faunası: quşlar- turac, kəklik, qırqovul, bülbül, şahin, dovdaq, bəzgək və s.; məməlilər - cüyür, çöl donuzu, qonur ayı, tülkü, çöl pişiyi, bezoar keçisi, canavar, çaqqal, tülkü, daşlıq dələsi, porsuq, meşə pişiyi və s.

Hirkan Dövlət Təbiət Yasaqlığı

florası: Hirkan bigəvəri, ayıdöşəyi, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar, şabalıdyar-paq palıd, dəmirağac, vələs, ipək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və s.;

faunası: həşəratlar- tündqırmızı Talıs uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və s.; suda-quruda yaşayanlar - adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası və s.; sürünənlər - Aralıq dənizi tısbağası, zolaqlı cılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s.; quşlar - qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s.; məməlilər - bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s.

Torpaq və bitki örtüyü. Ölkə ərazisinin 12 faizində meşəlik və kolluqlar yerləşir. Kənd Təsərrüfatına yararlı torpaqlar 4746 min hektar olmaqla 55 faiz xüsusi çəkiyə malikdir.

Kənd təsərrüfatına yararlı torpaqların 38 faizi əkinə yararlı sahələr, 5 faizi çoxillik əkmələr (bağ və üzümlüklər), 57 faizi isə otlaq və biçənəklərdən ibarətdir.

Dağətəyi və ovalıq sahələrinin 60 faizinin torpaq və bitki örtüyünün şoranlaşma və meliorasiya olunma xüsusiyyəti vardır.

Ölkə ərazisində 125 ailədə 4100 növdən çox bitki mövcuddur. Onların bir qismi yeraltı suların şirin və az minerallaşmaya malik və şoran olmayan, digərləri duzlu və şoran torpaq sahələrində bitir və inkişaf edir.

Dağətəyi və düzənlik sahələrdə təbii bitki örtüyü, ayrı-ayrı sahələrdə yarım səhra, səhra və subtropik zonalara xas olan bitkilər geniş yayılmışdır. Bu ərazilərin çoxunda mədəni-texniki bitki növlərinin (taxıl, kartof, tərəvəz, meyvə, üzüm, şəkər çuğunduru, pambıq, tütün və s.) əkilməsi üçün əlverişlidir.

Bəzi bölgələrin təbii-iqlim şəraiti əkin sahələrinin ildə iki dəfə əkilməsinə imkan verir. Kartof, tərəvəz və yem bitkilərinin təkrar əkilməsi təcrübəsi geniş yayılmışdır.

Xəzəryanı dənizinin səviyyəsinin qalxması sahilyanı ərazilərin subasması problemi vardır. Xəzərsahili ərazilərin geomorfoloji strukturu bu ərazilərin çox hissəsinin Dünya okeanı səviyyəsindən aşağıda yerləşməsi subsmaya məruz qalan əraziləri daha çox artırır. Ölkənin 10 inzibati rayonu və Qızılağac Dövlət Qoruğu Xəzərin sahilində yerləşir və dəniz səviyyəsinin qalxması müşahidə edilən hallarda xeyli ərazi subasmaya məruz qalır. Belə ki, 1978-1995-ci illərdə Xəzər dənizinin suyunun qalxması hesabına 131 min hektar torpaq sahəsi su altında qalmışdır. Onların da xeyli hissəsi kənd təsərrüfatına yararlı sahələrdən ibarətdir.

İqtisadi coğrafi rayonlaşdırılması. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı “Azərbaycan Respublikası Regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq Azərbaycanın ərazisi 10 iqtisadi rayona bölünür.

1.Abşeron iqtisadi rayonu. Əraziyə Abşeron və Xızı rayonları, Bakı və Sumqayıt şəhərləri daxildir. Abşeron yarımadasında quru subtropik, Xızı rayonunda isə quru qış ilə mülayim-isti iqlim növləri mövcuddur.10o-dən yüksək fəal temperaturların cəmi 4000-4500o təşkil edərək təxminən aprelin ortalarından noyabr ayının yarısınadək bitkilərdə uzunmüddətli vegetasiyanı təmin edir. Yay fəsili çox isti və quru hava şəraiti ilə səciyyələnir.İyul ayında havanın orta aylıq temperaturu 24-26o, maksimum temperatur isə bəzən 42o-yə çatır. Qış fəsili ümumən isti keçir. Ən soyuq ay yanvardır. Havanın orta aylıq temperaturu 3-4o-dən aşağı enmir,mütləq minimumların orta kəmiyyəti 10o şaxta təşkil edir. Şaxtasız müddət (260-290 gün) martın ikinci yarısından dekabrın ortalarınadək davam edir. İstilik ehtiyatlarının çoxluğu ilə yanaşı yağıntının illik miqdarı azdır və 160-250 mm həddindən aşmır. Qar örtüyü davamsızdır və bəzi illərdə 10 gündən artıq qalmır.

İqtisadi rayonun əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 2006-cı ilin əvvəlinə 2275,4 min nəfər olmaqla ölkə əhalisinin 27 faizini təşkil edir. Əhalinin orta sıxlığı hər kv.km-ə 412 nəfər təşkil edir.

Abşeron iqtisadi rayonu ölkənin faydalı qazıntılarla zəngin regionlarındandır. İqtisadi rayon mişar daşı, əhəng daşı, sement xammalı, kvars və tikinti qumları ehtiyatlarına malikdir. Abşeron yarımadasında zəngin balneoloji sərvətlər mövcuddur. Abşeron yeganə iqtisadi rayondur ki, yerli içməlı suyu yoxdur. İqtisadi rayon içməli su ilə Samur və Kür çaylarından çəkilmiş su kəmərləri vasitəsilə təmin edilir.

Sənaye rayonu olan Abşeron iqtisadi rayonunun iqtisadiyyatında xam neft və təbii qaz hasilatı, kimya, metallurgiya, energetika, toxuculuq və qida məhsulları istehsal edən sənaye sahələri üstünlük təşkil edir. Rayonda güclü tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyət göstərir. İqtisadi rayon qüclü yanacaq-energetika bazasına malikdir. Ölkədə çıxarılan neftin və qazın, istehsal edilən elektrik enerjisinin xeyli hissəsi bu rayonun payına düşür.

İqtisadi rayonun sənaye strukturunda kimya sənayesi aparıcı yer tutur. Metallurgiya sənayesi də mühüm əhəmiyyətə malikdir. Oduncaqların emalı və ağac məmulatları, plastik məmulatlar, digər qeyri-metal mineral maddələr istehsal edən sənaye sahələrində ağac materialları, şüşə, plastik tikinti materialları və s. istehsal olunur.

Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru suptropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfaran, püstə və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.

Abşeron iqtisadi rayonu inkişaf etmiş infrastruktura malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava xətləri bu rayonun ərazisindən keçir. Ərazinin Xəzər dənizi sahilində yerləşməsi onun nəqliyyat əlaqələrinin genişlənməsi imkanlarını artırır. İqtisadi rayonda nəqliyyat vasitələrinin əksər növləri fəaliyyət göstərir.

İqtisadi rayon, eyni zamanda, sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyəəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

İqtisadi rayonun iqlim-balneoloji şəraiti Xəzər dənizinin sahilləri boyu çimərlik zonalarının salınmasına imkan verir.

2. Gəncə-Qazax iqtisadi rayonu. Ərazi mürəkkəb relyefə malikdir, 9 inzibati rayon (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir və Tovuz), Gəncə və Naftalan şəhərlərindən ibarətdir. Aşağı hissədə iqlim isti və qurudur.Fəal temperaturların cəmi 3500-4500o arasında tərəddüd edir.İyul ayının orta temperaturu 23-26o, mütləq maksimumları isə 37-40o-yə çatır. Qış mülayim istidir.Yanvarın orta temperaturu 0o-yə yaxındır. Mütləq minimumların orta kəmiyyəti 6-10oşaxta təşkil edir. Şaxtasız müddətin davamiyyəti 220-250 gündür. Davamlı qar örtüyü əmələ gəlmir. Nəmlənmə şəraiti qeyri-kifayətdir.İllik yağıntının miqdarı 240-390 mm-dir. Ərazinin hündürlüyündən asılı olaraq istilik ehtiyatları azalır və yüksək dağlıq zonasında iqlim soyuqdur. Fəal temperaturların cəmi 2000-3500o təşkil edir. Yay nisbətən sərindir. İyul ayının orta temperaturu 17-23o. Qış fəsili soyuq və qarlıdır. Yanvarın orta temperaturu 30, mütləq minimumların orta kəmiyyəti 14-15o şaxta təşkil edir. Şaxtasız müddətin davamiyyəti 180-220 gündür. Davamlı qar örtüyü 1300-1400 m-dən yuxarı ərazilərdə müşahidə edilir (60 gündən artıq). Bu ərazinin nəmlənmə şəraiti kifayət qədər kimi qiymətləndirilir.İllik yağıntının miqdarı 550-630 mm təşkil edir.

Gəncə-Qazax iqtisadi rayonun ərazisinin ümumi sahəsi 12,49 min kv.km olmaqla ölkə ərazisinin 14,4 faizinə bərabərdir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1133,4 min nəfər olmaqla ölkə əhalisinin 13,4 faizini təşkil edir. İqtisadi rayonda əhalinin 46 faizi şəhərlərdə, 54 faizi kəndlərdə yaşayır. Əhalinin orta sıxlığı hər kv.km-ə 91 nəfər təşkil edir ki, bu da orta ölkə səviyyəsindən (97 nəfər) bir qədər aşağıdır. Əhalinin sıxlığı düzənlik zonasında daha yüksəkdir (100-120 nəfər).

Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin regionlarından biridir. Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada yerləşir. Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsən dəmir filizi, Zəylik aluniti, Xoşbulaq əhəng daşı ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir.

Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 faizini verir. İqtisadi rayonun sənayesi mədənçıxarma, emal və elektrik enerjisi istehsalı sahələrindən ibarətdir. Gəncədə və Daşkəsəndə metal filizləri hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun toxuculuq sənayesi (Dəliməmmədlidə pambıq mahlıcı, Gəncədə pambıq parça; yun parça, trikotaj məmulatları istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalça toxuculuğu müəssisələri) yerli xammalın emalına əsaslanır. Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi - şərab, ət-süd məhsulları, qənnadı məmulatı, konserv məhsulları istehsalı əsasən yerli təlabatı ödəyir.

Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulunun 13-14 faizi, o cümlədən kartofun 80-85 faizi, üzümün 28 faizi, heyvandarlıq məhsullarının 15 faizi bu rayonun payına düşür. Gəncə Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri, kartofçuluq, uzumçülük, taxılçılıqdır. Pambıq yalnız Goranboy rayonunda əkilir. Qazax və Ağstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə, Göranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik, və heyvandarlıq sahələri inkişaf etmişdir.

Gəncə-Qazax iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa əsas nəqliyyat qovşaqlarıdır. Xəzər dənizindən hasil edilən nefti və qazı dünya bazarına çıxarmaq üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir.

Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicəəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət güşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümumdünya əhəmiyyətlidir.

Azərbaycanın şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni təlabatlarının (səhiyyə, elmi mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir. Gəncədə (Kənd Təsərrüfatı Akademiyası, Texnologiya Universiteti, Dövlət Universiteti) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial infrastruktur obyektləri mövcuddur .

3.Şəki-Zaqatala iqtisadi rayonu. Əraziyə 6 inzibati rayon (Balakən, Qax, Qəbələ, Qğuz, Za-qatala və Şəki rayonları) daxildir və onun iqlim müxtəlifliyi relyeflə bağlıdır. Ərazinin aşağı hissəsinə quru qışla mülayim-isti yarımsəhra və çöl iqlimi, dağətəyi hissəsinə yağıntıların bərabər paylanma və quru qışla olan mülayim isti iqlim, yuxarı hissəsinə isə rütubətli qışla soyuq iqlim xasdır. Fəal temperaturların cəmi 3000-4000o arasında tərəddüd edir. Şaxtasız müddət 240-270 gündür. Qış fəsili nisbətən mülayimdir: yanvarın orta aylıq temperaturu 1o şaxtadan 1.5o isti, mütləq minimumların orta kəmiyyəti 10-15o şaxta, qar örtüyünün davamiyyəti isə 30-50 gün təşkil edir. Ən isti ay iyuldur: orta aylıq temperatur 22-26o-dir. Nəmlənmə şəraitinə görə ərazi Lənkəran-Astara bölgəsindən sonra ikinci yeir tutur. Illik yağıntının miqdarı yüksəkliklərə doğru təxminən 700 mm-dən (Qanıx çayı vadisində) 1200 mm-dək (yuxarı hissəsində) tədricən artır.

Azərbaycan Respublikasının zəngin bölgələrindən olan Şəki-Zaqatala iqtisadi rayonu ölkənin şimal-qərbində-Böyük Qafqaz daglarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv. km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir.

İqtisadi rayonun əhalisinin ümumi sayı 548,5 min nəfər olmaqla ölkə əhalisinin 6,5 faizini təşkil edir. Əhali əsasən dağətəyi hissədə, o cümlədən 24 faizi şəhərlərdə, 76 faizi kəndlərdə yaşayır. Son onillikdə əhalinin orta illik artımı 1 faizə bərabər olmuşdur. Rayonda əhalinin sıxlığı aşağı olmaqla hər kv. km-ə 61 nəfər təşkil edir.

Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanının 90 faizi, qurğuşunun 97 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür. Qafqaz regionunun iri polimetal yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağətəyi yerlərdə çınqıl, qum və başqa tikinti materialları mövcuddur. Şəki - Zaqatala iqtisadi rayonu ərazisinin 27 faizini meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, üzümçülük, ət-süd və ət-yun təmayüllü qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 99 faizdən çoxu, taxılın 9 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 6 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu üzrə heyvandarlıq məhsullarının tədarükü ölkə üzrə həmin məhsulların tədarükünün 10 faizdən çoxunu təşkil edir.

Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3 faizdən bir az çoxu bu rayonun payına düşür. İqtiasdi rayon ərazisinin 27 faizinə, əhalisinin isə 30 faizinə malik olan Şəki rayonu iqtisadi rayonun ümumi sənaye məhsulunun yarısını verir. İqtisadi rayonun sənayesi əsas etibarıilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95 faizdən çoxunu verir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Şəki yeyinti kombinatı və şərab zavodları, Qəbələ, Qax, Balakən, Nic meyvə-tərəvəz konservi zavodları, Zaqatala fındıq zavodu və çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan başqa, yerli təlabatı ödəyən çörəkbişirmə, Şərq şirniyyatı, spirtsiz içkilər istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi müəssisələri fəaliyyət göstərir. Tütünçülüyün inkişafı ilə əlaqədar Şəki, Qəbələ, Balakən və Zaqatalada tütün-fermentləşmə zavodları fəaliyyəf göstərir.

Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir.

İqtisadi rayon inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Avtomobil nəqliyyatı inkişaf etmişdir. Əsas yol Yevlax - Balakən şosesi və 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmir yoludur.

İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialı, mədəni maarif və səhiyyə ocaqları, muzey və teatr daxildir.

4. Lənkəran iqtisadi rayonu. Ərazi 6 inzibati rayondan ibarətdir. Qərb hissəsində yerləşən Talış dağları və Lənkəran ovalığının Xəzər dənizinə yaxınlığı burada iqlim müxtəlifliyini təmin edir. Ərazi təxminən, 500 m hündürlüyə qədər nəm subtropik iqlim ilə səciyyələnir və Qara dəniz sahilinin nəm subtropik iqliminə oxşayır. Fəal temperaturların cəmi 3500-4500o, şaxtasız günlərin müddəti 225-290 gün arasında tərəddüd edir. Yay isti və əsasən quru keçir. Iyul ayının orta temperatruru 24-26o, mütləq maksimumları isə 33-35o təşkil edir. Qış çox mülayim keçir. Yanvar ayının orta temperaturu 2-4o isti, mütləq minimumların orta kəmiyyəti 5-11o şaxta təşkil edir. Qar örtüyü ilə günlərin sayı 10-30 arasındadır. Ən çox illik yağıntı (1200-1300 mm) Lənkəran və Astara ərazisinə düşür. 500 mm-dən yuxarı ərazilərdə subtropik iqlimin əlamətləri tədricən silinir və yuxarı qalxdıqca yağıntı 400-600 mm-dək azalır və quru yay ilə mülayim-isti iqlim hökm sürür. Burada yay nisbətən sərin keçir. Iyul ayının orta temperaturu 19-20o, şaxtasız günlərin sayı isə 210-225 gün təşkil edir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir və 30-60 gün ərzində qalır.

Lənkəran iqtisadi rayonu, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə, Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi, 6,07 min kv.km olmaqla, ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığı və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülmüşdür. Region təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcud 11 iqlim qurşağından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 790,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 faizini təşkil edir. Rayonda əhalinin orta sıxlığı hər kv.km-də 130 nəfər təşkil edir. Əhalinin ən sıx məskunlaşdığı Lənkəran ovalığında bu göstərici 170 nəfər, dağ rayonlarında isə 60-80 nəfərdir. İqtisadi rayon əhalisi yüksək təbii artıma malikdir.

Lənkəran iqtisadi rayonunda faydalı qazıntılar azdır. Qeyri-filiz yataqlarından tikinti qumu, gil, çaydaşı, gips və s. ehtiyatlar reqionun iqtisadi inkişafında mühüm rol oynayır. İqtisadi rayon termal mineral sularla zəngindir.

İqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar sənaye kompleksi təşkil edir. Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət qədər əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Azərbaycan Respublikasında istehsal olunan çayın 94 faizi, tərəvəzin 21 faizi, taxılın 10 faizi, kartofun 16 faizi, üzümün 3 faizi, meyvənin 7 faizi bu iqtisadi rayonun payına düşür. Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf etmişdir. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvan-darlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır.

Lənkəran iqtisadi rayonunun sənayesi yerli kənd təsərrüfatı xammalı əsasında inkişaf etmişdir və əsasən bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Sənaye məhsulunun 90 faizə qədəri yeyinti sənayesinin payına düşür. Yeyinti sənayesində balıq emalı (Nərimanabad balıq kombinatı, Lənkəran balıq konservi zavodu), çay, meyvə-tərəvəz konservi, şərab istehsalı və tütün emalı mühüm yer tutur. Bundan əlavə, ət, süd, pendir, çörəkbişirməəssisələri fəaliyyət göstərir. İqtisadi rayonun ərazisində tikinti materialları, mebel istehsalı, avtomobil təmiri, cihazqayırma, mexaniki təmir və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri mövcuddur. Lənkəran rayonunda quşçuluq sənayesi inkişaf etmişdir.

Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı – Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla Iran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı – Lənkəran hava xətti fəaliyyət göstərir.

Gözəl təbii landşaft, isti və soyuq mineral sular, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda rayonda Lənkəran turist bazası, Meşəsu müalicəxanası fəaliyyət göstərir. Rayonun ərazisində ali məktəb (Lənkəran Dövlət Universiteti), orta ixtisas məktəbləri şəbəkəsi, xəstəxanalar, dram teatrı, diyarşünaslıq muzeyi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

5. Quba-Xaçmaz iqtisadi rayonu. Əraziy