Torpaqlarn çirklənməsi və qorunması



   Torpaq yer kürəsinin üst münbit qatıdır. Torpaq həyatımızın həm təməli, həm də yekunudur.Torpağın əmələ gəlməsi üçün min illər tələb olunur. Torpaq hava, su, istilik, bitki və heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin iştirakı ilə yer kürəsinin aşınması nəticəsində əmələ gəlir. Torpaq yerin bitki bitən qatıdır. Bitkiləri becərən zaman torpaqdan qida maddələrinin aparılması, torpağın münbitliyini yüksəltmək üçün gübrələr verməklə insanlar torpağa dolayı yolla təsir edir. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır.Hal-hazırda Yer kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq lazım olur. Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə də insanlar torpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar təmiz torpaq 2 ton buğda verirsə, gübrə verilmiş torpaq 5 - 6 ton buğda verir. Torpağa gübrəni çox vermək olmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə - tərəvəzi yemək təhlükəlidir. Bu, insanlar arasında çoxlu xəstəlik yaradır.


   Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri müəssisələr ətrafında da torpaqlar çox çirklənir.. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.


   Torpaq aşağıdakı əsas altı funksiyanı yerinə yetirir:

• Biokutlə istehsalcısı kimi, yəni butun yerustu ərzaq silsiləsinin əsasıdır. . Torpaq olmasa, insanlar yeməyə heç nə tapmaz.Məhv olmuş orqanizmlərin curumə prosesi də torpaqda baş verir;
• Yeraltı suların təmizlənməsinə xidmət edən təbii suzgəc və stabilləşdirici buffer rolu oynayır;
• Torpaqda və ya onun səthində yaşayan və coxalıb artan kulli miqdarda mikroorqanizm, gobələk, bitki və heyvanların məskunlaşdığı yerdir;
• Torpağın ana suxurları bina və tikililərin, nəqliyyat və digər infrastrukturların fiziki ozuludur;
• Xammalın və enerjinin yenidən (təkrar) yaranma (kuləş, torf, ağac tullantıları və s. xammal) mənbəyidir;
• Tarixi və mədəni irsin qiymətli obyektlərinin saxlanıldığı muhitdir.


  Torpaq tərkibinə görə mürəkkəbdir. Torpağın əsas xüsusiyyət və keyfiyyət əlaməti onu məhsuldarlığıdır. Torpağın həyatında böyük rol oynayan, onun mövcudluğunu, ehtiyacını ödəyən amillər su və qidadan ibarətdir. Torpağın tərkibində su çox olduqda qrunt sularının səviyyəsi qalxır, bataqlığa çevrilir, torpaqda aerasiya prosesi pozulur, şoranlaşır, əkin üçün yararsız olur, torpağın meliorativ vəziyyəti xarablaşır.

  Torpağın əsas xüsusiyyəti onun münbitliyi olub, bitkiləri su, qida maddələri və hava ilə təmin edir.
  Torpaqları qorumaq və onun münbitliyini yüksəltmək hər bir vətəndaşın, xüsusilə kənd təsərrüfatı işçilərinin vəzifəsidir. Torpaq mürəkkəb orqanizm kimi daimi inkişaf edir və dəyişir. Bunda daimi yaranma və dağılma prosesi gedir. Hesablamalar göstərir ki, 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün əlverişli şəraitdə 200-1000 il vaxt lazımdır. Lakin külək, su min illər ərzində əmələ gəlmiş torpağı 20-30 il ərzində məhv edir. Quruluşuna və kimyəvi tərkib xususiyyətiənə gorə torpaq hər hansı səbəb ucbatından ətraf muhitə duşən zərərli maddələri asanlıqla canına hopdurur və yığır. Bu birləşmələrin parcalanma muddəti torpağa, havaya və suya nisbətən daha uzun olduğuna gorə, torpağın cirklənməsi problemi illər boyu sezilməyə bilər. Sudan və havadan fərqli olaraq torpaq xususi mulkiyyət obyekti ola bildiyinə gorə bu amil bir sıra hallarda bu və ya digər təbiəti muhafizə tədbirlərinin həyata kecirilməsini cətinləşdirir, cunki torpaq sahibinin və ya onu istifadə edənin icazəsi lazımdır. Savadsız və həddindən artıq intensive istifadə zamanı torpaq istismar edilir və keyfiyyəti pisləşir. Bunun baş verməməsi ucun daim səy və qayğı gostərilməlidir, əks təqdirdə, torpağın dağılması prosesinin qarşısı alınmasa o oz funksiyalarını lazımınca yerinə yetirə bilməz.
Torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma, cirklənmə, bərkiməyə qarşı mubarizə ilə bağlıdır.
  Mexaniki tərkibcə yüngül olan torpaqları eroziyaya qarşı tədbirlər görülmədən becərmək olmaz.   Eroziya nəticəsində kənd təsərrüfat bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla bitmir. Torpağın üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da torpağın becərilməsini və məhsul yığımını çətinləşdirir. Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək yaranmış bioloji tarazlığı pozur. Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün düzgün aqrotexnikadan istifadə etmək vacib şərtdir. Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq, heyvanların otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot əkinlərindən istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır. Növbəli əkinlərdən və gübrələrdən istifadə etmək torpaqların qorunmasında mühüm rol oynayır. Növbəli əkinlərdə birillik və çoxillik otların əkilməsi torpağın yağış damlalarının təsirindən qoruyur və sel axınının qarşısını alır. Gübrələrin tətbiqi bitkilərin kök və yerüstü hissəsinin inkişafına təsir etməklə güclü bitki örtüyünün yaranmasına səbəb olur. Bu da torpağı su və külək eroziyasından qoruyur. Eroziyaya qarşı mübarizə kompleksində meşə meliorasiyası mühüm rol oynayır. Yamacların yuyulmasının qarşısını almaq və sel sularını saxlamaq üçün hidrotexniki qurğular tikilir. Eroziyaya qarşı tədbirlər hazırlayıb həyata keçirmək üçün bir sıra təsərrüfat işləri görülməlidir. Torpaqşünaslar və yerquruluşçuları aqronomla birlikdə torpaq eroziya planı hazırlamaq üçün torpaqları su və külək eroziyasına uğrama kateqoriyalarını müəyyən edir.
  Eroziyaya qarşı mübarizə qısa müddətli kampaniya deyildir. Onu daima, ardıcıl və planauyğun aparmaq lazımdır. Eroziya prosesi, onun xarakteri və davam etməsi insanların həyat fəaliyyəti ilə əlaqədardır.
   Düzgün aparılmayan təsərrüfat işləri eroziyaya səbəb olur. Kənd təsərrüfatı işçiləri bilməlidir ki, eroziyanın qarşısını almaq onunla mübarizə etməkdən asandır.
  Torpağın şorlaşması da onun keyfiyyətinə pis təsir göstərir. Şorlaşma suvarmadan düzgün istifadə etmədikdə qrunt sularının səviyyəsinin qalxması nəticəsində baş verir. Bu zaman kapilyarlarla qrunt suları yuxarı qalxır və buxarlanaraq duzlar torpaqda qalır. Şorlaşmanın qarşısını almaq üçün düzgün suvarma normasına riayət edilməli, drenaj sistemi vasitəsilə torpaqlar yuyulmalı, qrunt suları drenajlarla kənar edilməli, suvarma sistemi təmiz saxlanılması, suvarma zamanı mütərəqqi üsullardan istifadə olunmalıdır. Şorlaşma məhsuldarlığı kəskin surətdə aşağı salır. Şorlaşma 0,5-0,7% təşkil etdikdə pambığın məhsuldarlığı 40-50% aşağı düşür. Torpağın meliorasiyasının əhəmiyyəti böyükdür. İnsanların sənaye sahəsində fəaliyyəti təbiətin mühafizəsinin tələbləri ilə əlaqələndirilmədikdə, ətraf mühitin, o cümlədən də torpaqların çirklənməsinə səbəb olur.

  Təbii sərvətlərdən su, bitki və heyvanlar aləmindən fərqli olaraq torpaq sərvəti bərpa olunmur və süni torpaq yaratmaq mümkün deyildir. Buna görə də əhalinin artımı, onun xammala tələbatı, habelə gələcəkdə də ölkənin xammalla təmin etmək üçün torpağın mühafizə məsələləri böyük əhəmiyyət kəsb edir. Torpağın mühafizə məsələləri əsasən elmi əsaslarla işlənilmiş, vaxtında və düzgün görülən mübarizə tədbirlərindən ibarətdir.

   Torpağın mühafizəsinin kompleks tədbirləri aşağıdakılardır: torpaqların hesaba alınması, onun səmərəli və düzgün istifadə edilməsi, üzərində nəzarətin olması, mövcud meşə zolaqlarının salınması torpağın çirklənmələrdən (tullantılar və zərərli kimyəvi maddələr) qorunması, heyvanların otarılmasının düzgün təşkil edilməsi, eroziyaya qarşı mübarizə tədbirlərinin təşkili, xüsusi maşınların tətbiqi, çeyilliklərin qurudulması, suvarmanın düzgün təşkili, qum hücumunun qarşısının alınması, suların tərkibinə nəzarət edilməsi, sanitariya-gigiyena mühafizə tədbirlərinin yerinə yetirilməsi, tikinti və yol işlərində, kimyəvi maddələrin tətbiqində mövcud tövsiyələrin gözlənilməsi, alaq otları ilə mübarizə və s. Belə olduqda torpağın məhsuldarlığı artır və xarab olmaqdan qorunur.
  Torpaq plansız surətdə istifadə olunduqda, ona nəzarət edilmədikdə, çirkləndikdə şübhəsiz xarab olur, gücdən düşür. Torpağa xidmət edildikdə isə hər 100 hektar torpaq sahəsi 5-10 dəfə daha çox əhalini taxılla təmin edə bilər.

  Torpağı eroziyadan, şoranlaşmadan qorumaq üçün mövcud kompleks təsərrüfat, təşkilat, aqrotexniki, meliorasiya, meşəsuvarma, hidrotexnika və rekultivasiya tədbirləri görülməlidir. Gübrələrin, kimyəvi maddələrin işlədilməsi və saxlanılmasına da fikir verilməli, torpağın sanitariya-texniki mühafizə tədbirləri yerinə yetirilməlidir. Torpağı çirklənmədən qorumaq qanunu, təşkilatı və sanitariya-texniki tədbirlərin yerinə yetirilmə sistemi torpağın sanitariya mühafizəsi adlanır. Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır.