PAMBĞIN BECƏRİLMƏSİ




    Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F.M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambiq Azerbaycanda "ağ qızıl " adlanir. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110-145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500-3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30-35% lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır, həmçinin avtomobil təkəri, torlar və kəmərlər üçün kordlar və sair istehsalında istifadə edilir. Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur. Pambığın vətəni Hindistandır. Hələ eramızdan 3 min il əvvəl burada pambıq əkilirdi. Pambığın Misirdə becərilməsi haqqında ilk məlumat e.ə. 1 əsrə aiddir. Çində yabanı pambığın lifi e.ə. 2 əsrdə istifadə edilmiş, 7-9 əsrlərdə isə mədəniləşdirilmişdir. Orta Asiyada e.ə. 6-5, Zaqafqaziyada isə e.ə. 7-4 əsrdən becərilir. Pambıq lifi sənayedə ilk dəfə 17 əsrdə Avropada və Amerikada istifadə edilmişdir. Qafqazda, xüsusilə Azərbaycanda pambıq Qədim Şərq ölkələri, əsasən İran vasitəsilə yayılmışdır. Mingəçevirdə arxeoloji qazıntılar zamanı 5-6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, 15 əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir.

    Pambığın intensiv texnologiya ilə becərilməsi aqrotexniki, meliorativ və təsərrüfat-təşkilati tədbirlərin yüksək və davamlı xam pambıq məhsul istehsalına yönəlmiş elmi cəhətdən əsaslandırılmış sistemidir. Bu texnologiya torpaq, su və mal-material ehtiyatlarından səmərəli istifadəni, əmək tutumunu aşağı salmağı, torpaq münbitliyini yüksəltməyi və ətraf mühiti çirklənmədən qorumağı təmin etməlidir.Pambığın seleksiya sortları. İntensiv texnologiyada mahlıcı toxuculuq sənayesinin tələblərini ödəyən, maşınla yığıma uyğun yüksək məhsuldar pambıq sortları əkilir. Hazirda Azərbaycanda pambığın qeyd edilən tələblərə cavab verən AzNİXİ-195, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə 80, Gəncə-103, Gəncə-110, Maraş, Antep, Ağ qızıl, Progen, Flora kimi rayonlaşdırılmış yerli və introduksiya olunmuş xarici seleksiya sortları əkilir.
   Torpağın becərilməsi. — Pambıq bitkisindən yüksə k məhsul alınmasında əsas amillərdən biri torpağın narın hissəciklərə parçalanmasını, rütubətin toplanması və qorunması, yuma, arat və s. aqrotexniki tədbirlərin səmərəsinin artirilmasını təmin edən dondurma şumunun vaxtında və keyfiyyətlə aparılmasıdır. Dondurma şumu hazırda istifadə edilən kotanlarla torpağın münbit qatının qalınlığından və sələf bitkisindən asılı olaraq 28-32 sm dərinlikdə aparılır. Şum zamanı sahənin hər yeri eyni dərinlikdə şumlanmalı, şum layları normal çevrilməli, mineral və üzvi gübrələr, bitki qalıqları torpağa yaxşı basdırılmalı, sahədə şumlanmamış (xərək) yerlər qalmamalıdır. Pambiq əkinləri üçün şum dekabırın 15-20-dək qurtarmalıldır. Şum altına hər il hektara 5-10 ton peyin verilməlidir. Peyin universal üzvi gübrə olmaqla bitkilər üçün həm qida maddəsidir, həm də torpağın su–fiziki xassələrini yaxşılaçdırır, mikrobioloji prosesləri fəallaşdırır, torpağın biloji aktivliyini artırır. Səpinqabağı becərmə işləri adətən erkən yazda malalamadan başlayır ki, bu da nəinki yuma, qış və yaz aratı, həmçinin atmosfer yağıntıları hesabına torpaqda yaranmış ehtiyat nəmliyin saxlanmasına, eyni zamanda torpağın üst qatında olan alaq otlarının erkən cücərməsinə və səpinqabağı malalama zamanı məhv edilməsinə səbəb olur. Malamalar zamanı sahənin səthinin düz və hamar qalması vacibdir. Səpinqabağı becərmə mütləq dayaz, yəni 6-7 sm dərinlikdə aparılmalıdır. Malanın axırıncı gedişi səpin istiqamətində olmalıdır. Toxumluq çiyudin səpinə hazırlanması. Toxumluq çiyid pambıq zavodlarında hommoz və kökçürümə xəstəliklərinə qarşı mübarızə məqsədi ilə nüsan, bronokot və s. dərmanlanır. Arat olunmuş sahələrdə səpindən əvvəl toxumluq çiyid lifli olduqda asfalt meydançada yaxud polietilen plyonka üstündə iki dəfə (ikinci birincidən 1-2 saat sonra olmaqla) isladılır, hər nəmlənmədə 20-25 sm qalınlıqda sərilmiş 1 ton çiyidə 350-500 litr su sərf olunur. Hər dəfə isladıldıqdan sonra çiyid kürəklə qarışdırılır, 70-80 sm hündürlükdə toplanılır və üstü polietilen plyonka örtülür. İsladılmış çiyidi bu vəziyyətdə ən çoxu 12 saat saxlamaq olar. Lütləşdirilmiş çiyidlər isladılmır.
   Səpin. — Səpin optimal müddətdə- torpağın 8-10 sm-də temperaturun +12 - +14° C-də sabitləşdiyi vaxt başlanır. Bu isə Muğan, Mil-Qarabağ bölgələrində aprelin birinci, Şirvan bölgəsində ikinci ongünlüyünə təsadüf edir. Səpin ilk növbədə tez qızan torpaqlarda keçirilir. Ağır, gec qızan torpaqlarda çiyid səpini müəyyən edilmiş müddətin axırında aparılır. Əkin səpinqabağı becərmənin biləvasitə ardınca gedir. Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə basdırılmalıdır. Səpin dövrünün əvvəlində çiyid dayaz, sonralar isə nisbətən dərinə basdırılır. Səpsuvar aparılacaq sahələrdə çiyid 3-4 sm dərinliyə səpilir. Lifli çiyidlə səpində hektara 70-80 kq toxum sərf olunur. Səpin mütərəqqi üsulla yəni lifsiz çiyidlə aparılarsa hektara 20-25 kq toxum sərf olunur. Bu üsülla əkilmiş sahələrdə bitkilərin seyrəldilməsinə ehtiyac qalmır, məhsul nisbətən ucuz başa gəlir. Dəqiq səpin aparılmış sahələrdə çiyid torpaqla yaxşı təmasda olur, nəmliyi tez çəkir, lifli çiyiddən 3-5 gün tez cücərir, bitkilər tez boy atıb böyüyür, xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı olur, nəticədə lifli çiyidə nisbətən nəzərəçarpacaq qədər artıq məhsul əldə olunur. Dəqiq səpin SÇX-4a və ya SPÇ-6M markalı pnevmatik çiyidsəpən maşınlarla aparılır. Çiyidin basdirılma dərinliyi xızəklərin (başmaqların) yerini dəyişməklə nizamlanır. Səpin dərinliyi artırıldıqda xizəklər qaldırılır, azaltmaq lazım gəldikdə isə endirilir. Başmaqlar olmasa torpaqlarda kiplik yaranmaz, çiyid dərinə düşər və çürüyər. Çiyidsəpən aqreqata 2 ədəd şırımaçan qoşulur. Bu cərgəaralarının düz xətlı becırilməsi, körpə cücərtilərin zədələnməsi və hər ehtimala qarşı aratı qaçmış sahələrdə suvarma aparmaq üçündür. Şırımaçanlar 8-10 sm dərinliyə nizamlanır. Səpin yalnız düzgün nizamlanmış cığıraçanları, başmaqları, ərsinləri, vərdənəcikləri, şırımaçanları və markerləri saz olan səpin aqreqatı ilə keçirilməlidir. Çiyid səpini o zaman başa çatmış hesab olunur ki, sahələrdə sıx və sağlam cücərtilər alınmış olsun.
   Çıxış alınması üçün tədbirlər. — Səpindən sonra yağış yağarsa ağır mexaniki tətkibli torpaqlarda qaysaq yarana bilər. Qaysaq cücərtilərin torpaq səthinə çıxmasını ləngidir və bəzən tamamilə məhv edir. Qaysağın dağıdılmasında torpağı yüngül becərən alətlərdən, məsələn rotasiya toxasından, ziqzaq maladan və s. istifadə olunur. Cücərtilərin torpaq səthinə çıxmamış sahələrdə əmələ gələn qaysaq yeni biuraxılan xüsusi qaysaqdağıdan alətlər vasitəsi ilə yaxud ziqzaq mala ilə dağıdılır. Yumşaltma ziqzaq malalarla səpinə köndələn istiqamətdə keçirilməlidir. Bu tədbirlər toxumlarda 1,5-2 sm-lik kökcüklər əmələ gəldiyi və tək-tək cücərtilər göründüyü vaxt aparılır, 1-2 gün ərzində başa çatdırılır. Qaysaq vaxtında dağıdılmadıqda, həddindən artıq quruyur. Belə qaysağı yumşaltmaq üçün yeganə vasitə sahənin suvarılmasıdır. Toxum və cücərtilər qaysaq altında qalıb məhv olduqda sahə malalanmalı və təkrar səpin aparılmalıdır. Cücətilər az, yəni 10 %-dək seyrək olduqda nəm torpağa əl ilə yaxşı isladılmış və azca çərtmiş çiyid basdırılmalıdır ki, sahədə tələb olunan bitki sıxlığı təmin olunsun. Qida və su təminatı zəif olan torpaqların hər hektarında 110-120 min, qida maddələri ilə orta təmin olunmuş sahələrdə 100-110 min və münbit torpaqlarda 90-100 min bitki saxlanılır. Cərgə arası 60 sm olan əkinlərdə hər 12-15 sm-dən bir, və ya 30 sm-də iki bitki, cərgə arası 90 sm olduqda isə hər 8-10 sm-də bir və ya 20 sm-də iki bitki saxlanılır.
   Tirələrə əkin texnologiyası — . İstər dəqiq səpin üsulunda, istərsədə adi cətgəvi əkinlərdə Şirvanın ağır mexaniki tərkibli torpaqlarında yağışdan sonra qalın qaysaq əmələ gəlməsi pambıq toxumunun cücərib səthə çıxmasını çətinləşdirir, cavan bitkilərin sonrakı inkişafına mənfi təsir göstərir və bir çox hallarda təkrar səpin aparmaq zərurəti yaranır. Belə ağır mexaniki torpaqlarda vaxtında və sağlam cücərtilər almaq üçün ən etibarlı texnologiya çiyidin tirələrə səpilməsidir. Bu zaman səpindən sonra düşən yağmurun əksər hissəsi şırımlara axır, tirələrdə əmələ gələn qaysaq nazik olur ki, bu da cücərtilərin torpaq səthinə çıxmasına maneçilik törətmir. Tirələr torpağın üst qatının hesabına düzəldiyindən münbit olmaqla normal nəmliyə malik olur və torpaq yaxşı qızır. Tirələrin düzəldilməsi QX-4 tirədüzəldən aqreqatı ilə həyata keçirilir. Payızda cərgəarası 60 sm olan sahələrdə tirənin hündürlüyü 16-18 sm, cərgəarası 90 sm olan sahələrdə isə 25-30 sm hündürlükdə tirələr düzəldilir, şırımlarla qış və ya yaz aratı aparılır. Maraqlıdır ki, çiyidin tirələrə səpin üsulu ilk dəfə respublikamızda 1948-1949-cu illərdə Q.V.Klinevski tərəfindən Şirvan Zona Təcrübə Stansiyasında öyrənilərək müsbət nəticə alınsa da, sonralar Orta Asiya Respublikalarında geniş tətbiq olundu. Pambıq əkinlərinda cərgəaralarının becərilməsi kultivasiyadan, alaqlardan təmizləmədən və ketmənləmədən ibarətdir.
   Kultivasiya. — Ən mühüm aqrotexniki tədbirlərdən biri cərgə aralarının yumşaldılmasıdır. Bu tədbir vaxtında aparıldıqda torpağın üst qatı normal nəmlikdə, yumşaq və dənəvər halda qalır, həmçinin kökçürümə xəstəliyinin qarşısı alınır. Torpaqda rütubəti qorumaq, havalanma getməsinə nail olmaq, zərərli duzların səthə çıxması və alaq otlarını məhv etmək məqsədi ilə cərgələrdə cücərtilər görünəndə kultivasiya başlanır. Bu tədbir gecikəndə bitkilərin inkişafı ləngiyir. Kultivasiyanın keyfiyyətli işçi orqanlarının daim iti saxlanmasından, düzgün komplektləşdirilməsindən asılıdır. 60 sm-lik cərgə araları olan əkinlərdə becərmənin en götürümü 40-45, 90 sm-lik əkinlərdə 70-75 sm olmalıdır. Alaqlı sahələrdə birinci kultivasiya zamanı kultivatorun hər qoluna iki ədəd (sağ və sol) disk, iki ədəd yastı kəsici bıçaq (ülgüc), darcərgəli əkinlərdə əlavə olaraq bir, gencərgəli əkinlərdə isə 2 ədəd oxşəkilli (qazayağı) pəncələr bağlanır. Sahələr alaqsızdırsa, birinci kultivasiyadan başlayaraq ensiz yumşaldıcılardan istifadə edilir. Rütubətli torpaq təbəqəsinin üzə şıxmasının qarşısını almaq üçün oxşəkilli pəncələr kiçik yumşaldıcılardan qabaqda yer səthinə perpendikulyar bağlanır. Körpə cücərtilərin üstünün torpaqla örtülməsi üçün birinci kultivasiya zamanı işçi orqanlar sırasına mütləq disk əlavə oılunmalıdır. Bitkilərin iki əsas yarpaq dövründə kök sistemi dayazda olur. Ona görə birinci kultivasiya 6-7 sm dərinlikdə çəkilir. Suvarma dövrünə qədərki kultivasiyalar 10-12 sm dərinlikdə aparılır. Şırımın dırinliyi cərgəarası 60 sm olan əkinlərdə 12-18 sm, cərgəarası 90 sm olan əkinlərdə 15-20 sm olur. Birinci və sonuncu kultivasiyalar traktorun birinci sürətində, qalan becərmələr ikinci sürətində aparılır. Alaq olmayan sahələrdə bıçaq, qaysaq olmayan sahələrdə disk bağlamağa ehtiyac qalmır, kultivatorun bütün işçi orqanlarını ensiz yumşaldıcılarla əvəz etmək məsləhətdir.
   Ketmənləmə. 3Bütün vegetasiya dövrü ərzində pambığın dibi nəm, yumşaq və təmiz olmalıdır. Bu isə kultivasiyadan sonra ketmənləmənin vaxtında və keyfiyyətlə aparılmasından çox asılıdır. Ketmənləmə zamanı bitki ətrafındakı torpaq yumşaldılır, bitki aralarındakı və müdafiə zolağındakı alaqlar məhv edilir. Ketmənləmə 6-8 sm dərinlikdə aparılır. Bu zaman torpağın üst qatını alta çevirmək, yaxud ketmənlə çökəklıklərin yaranmasına yol veriolməməli , torpağın səthi hamar olmalıdır. Kultivasiya və ketmənləmə vegetasiya suvarmalarından 3-4 gün sonra torpağın fiziki yetişkənliyi zamanı aparılmalıdır. Birinci becərmə may ayının 15-20-dək, ikinci becərmə iyun ayının 5-10-dək birinci vegetasiya suvarması başlanana qədər aparılmalıdır. Sonrakı becərmələr suvarma ilə əlaqələndirilir.

   Gübrələmə. Pambıq uzun vegetasiyalı bitkidir. O çoxlu yerüstü kütlə əmələ gətirməklə, torpaqdan bioloji yolla xeyli qida maddəsi alır. 1 ton xam pambığın əmələ gəlməsi üçün 60 kq azot, 20 kq fosfor və 50 kq kalium tələb olunur. Bitki düzgün qidalandıqda, onun vegetativ kütləsi ilə məhsulun bir-birinə nisbəti təxminən 1:1 kimi olur. Daha dəqiq desək məhsul bitkinin ümumi kütləsinin 40-45 faizini təşkil etməlidir. Gübrələrin pambığın məhsuldarlığına və mahlicın texnoloji xüsusiyyətlərinə təsiri onun dozasından, verilmə vaxtından, onların bir-birinə olan nisbətindən asılıdır. Elmi tədqiqatlar və qabaqcıl təcrübələrə əsasən ümumi dozada azot, fosfor və kaliumun nisbətinin 1:0,8:0,3 olması məqsədəuyğun sayılır. Sələf bitkisi yonca olduqda birinci il bu nisbət 1:1,5:0,3 götürülməlidir. Sahəyə verilən gübrələrin normalarını hesablayarkən torpaqda qida maddələrinin miqdarını (təbii münbitlik) və planlaşdırılan məhsuldarlıq nəzərə alınmalıdır. Fosfor və kalium gübrələrin normasını müəyyən edərkən torpaqda mənimsənilə bilən qida maddəlrinin miqdarı, pambıq bitkisinin torpaqdan və gübrələrdən istifadə əmsalı nəzərə alınmaqla hesablanır. Azot norması torpaqda ümümi azotun miqdarı, bitkinin gübrədən istifadə əmsalı, elmi tədqiqatların nəticələri və qabaqcıl təcrübələrə əsasən müəyyən edilir. Fosfor və kalium gübrələri şum altına, gübrə norması çox olarsa 80 faizi şum altına, 20 faizi səpinlə və ya yemləmə kimi verilməlidir. Azot gübrəsinin normasından səpinlə birlikdə 100 kq, qalan hissəsini isə 2 dəfəyə qönçələmə fazasına qədər yemləmə şəkilində verilir. Azotla yemləmə çiçək görünənə qədər başa çatdırılmalıdır.
   Pambığın becərilməsinin minimallaşdırılması. — Bu texnolgiyada torpağın hazırlanması və pambığın cərgəarası becərilməsində tam komplektləşdirilmiş aqreqatın bir gedişində bir neçə texnoloji -əsas şum qaldırılarkən ikilaylı kotanın üzərində quraşdırılan gübrəsəpən, ziqzaq mala və iki ədəd şırımaçanla komplektləşdiriləndə traktorun bir gedişində dörd əməliyyat yerinə yetirilir. Fosfor və kalium gübrələrinin verilməsi, şum aparılmış sahələrin malalanması və şırımların açılması bir vaxtda aparılır. Səpinin aparılması azot gübrəsinin verilməsi ilə, yemləmə, suvarma şırımlarının açılması və ziyanvericilərə qarşı mübarizə aparılarsa ucvurma ilə birlikdə həyata keçirilir. Bu texnologiyada tarlada traktorun gedişinin miqdarı 19-dan 9-a qədər azalır, yanacağa qənaət olunur, torpağın bərkiməsinin qarşısı alınır və əlverişli su-fiziki xassənin saxlanması hesabına pambığın məhsuldarlığı artır, maya dəyəri aşağı düşür.
   Vegetasiya suvarmaları. — Yüksək pambıq məhsulu yetişdirmək üçün aqrotexniki tədbirlər kompleksində vegetesiya suvarmaları həlledici rol oynayır. Pambıq əkinlərində suvarılmanın tez-tez və çox su norması ilə aparılması, habelə gecikdirilməsi eyni dərəcədə zərərlidir. Tez-tez və çox su norması ilə suvarma bitkilərin kökü yerləşən torpaq qatından qida elementlərinin yuyulmasına, torpaqda həddinən artıq rütubət yaranmasına, qozaların açılması və məhsulun yetişməsinin ləngiməsinə səbəb olur. Suvarma gecikəndə pambığın böyümə və inkişafı ləngiyir, bar elementlərinin tökülməsi artır, məhsuldarlıq azalır. Bu isə elə nizamlanmalıdır ki, pambıq bitkiləri bütün vegetasiya dövründə su ilə normal təmin olunsun. Suya tələbatına görə pambıq bitkisinin vegetasiya dövrü üç mərhələyə bölünür: çiçəkləməyə qədər, çiçəkləmə- barəmələgəlməyə qədər, qozaların açılması-yetişməyə qədər. Mexaniki tərkibi nisbətən yüngül, torpaq qatı dayaz və qurunt suyunun səviyyəsi dərin olan torpaqlarda pambıq bikisini tez-tez suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlarda çiçəkləməyədək 1-2, çiçıəkləmə və barəmələgəlməyədək 3-4 dəfə suvarma aparılmalıdır. Rütubət tutumu yüksık olan ağır mexaniki tərkibli, qalın torpaq qatına malik sahələrdə pambıq nisbətən az suvarılır, həm də suvarmalara bir qədər gec başlamaq və yüngül torpaqlara nisbətən tez başa çatdırmaq lazımdır. Çiçıəkləmə-barəmələgəlmə dövründə pambıq bitkisinin suya tələbatı artır. Bu zaman pambıq bitkisi kifayət qədər su ilə təmin olunmazsa, bar orqanlarının tökülməsinə, qozaların sayının və çəkisinin az olmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Vegetasiya suvarmalarında torpağın su ilə islanma dərinliyi vegetasiyanın əvvəli və axırında (çiçəkləməyədək və yetişmə mərhələsində) 50 sm, vegetasiyanın orta mərhələsində (çiçəkləmə, qoza əmələgəlmə) ən çoxu 1 metr olmalıdır. Suvarma norması vegetasiyanın başlanmasından çiçəkləmə-bar əmələgəlmə dövrünədək artırılır, yetişməni sürətləndirmək məqsədi ilə vegetasiyanın axırında bir qədər azaldılır. Suvarma norması quruyan torpaq qatının dərinliyinə və torpağın mexaniki tərkibindən asılı olan rütubət tutumuna uyğun müəyyən edilir. Yüngül mexaniki tərkibli torpaqlarda suvarma norması 700-800 kub metr, ağır mexaniki tərkibli torpaqlarda isə 900-1000 kub metr götürülür. Yalnız düzgün suvarma rejimində bitkilərin kök sistemi torpağın üst və dərin qatlarında mütənasib yerləşir, kolun boyu çox hündür olmayıb buğum araları qısa, yaxşı bar verən və tez yetişən olur. Adətən birinci vegetasiya suvarmasına iyun ayının ikinci yarısından başlayır.
   Pambığın xəstəlik və zərərvericilərinə qarşı mübarizə. — Azərbaycanda pambıq bitkisinə vilt, hommoz və kökçürümə kimi xəstəliklər, payızliq sovka, pambıq sovkası, hörümçək gənəciyi, mənənə, trips və s. zərərvericilər ziyan vurur. Toxumluq çiyid pambıq zavodlarında hommoz, kökçürümə xəstəkiklərinə, mənənə və trips ziyanvericilərinə qarşı mübarizə məqsədi ilə müasir kimyəvi preparatlarla dərmanlanır. Vilt xəstəliyinin törədiciləri verticillium dahliae Kleb. və Fusarium oxyusporum f. vasinfectum göbələkləridir. Xəstəlik başlayanda yarpaqlarda sarimtıl ləkələr görünür, bu ləkələr çoxalaraq tündləşir və yarpaq quruyur, bəzən bitki tamam çılpaqlaşır, üzərindəki qozalar quruyaraq vaxtından qabaq açır. Viltə tutulmuş pambıqda əsas gövdə və budaqların oduncağı adətən qonurlaşır. Pambıq bitkilərinin vilt xəstıliyinə qarşı davamlılığını artırmaq üçün əlavə yemləmə kimi kalium gübrəsinin verilməsi (50 kq/hek) faydalıdır. Qönçələmə fazasında hər hektara karbamidin 5 %-li məhlulunun çilənməsi bitkinin xəstəliyə davamlılığını xeyli artırır. Pambiq-yonca növbəli əkinlərinin tətbiqi, viltlə sirayətlənmiş sahənin məhsulu yığıldiqdan sonra pambiq çöpləri kökündən çıxarılaraq sahədən kənarlaşdırılması vilt xəstəliyi ilə mübarizədə ən səmərəli üsulladandır. Kökçürümə pambıqda göbələk xəsrəliklərinin ən qorxulularından biridir. Bu xəstəliyi Rizoktonia Saleni və fuzarium göbələkləri törədir. Yaz soyuq və yağmurlu keçəndə, xüsusu ilə qrunt suyu səthə yaxın olan ağır mexaniki tərkibli torpaqlarda bu xətəlik pambıq əkinlərinə daha çox ziyan vuraraq toxumların çürüməsinə, eləcədə körpə cücərtilərdən tutmuş, 6-7 əsl yarpaqlı bitkilərə sirayətlənir. Torpağın səpinə pis hazırlanması, sahənin qaysaq bağlaması, toxumun dərinə basdırılması, toxumda mexaniki zədələrin çox olması da kökçürümənin əmələ gəlməsinə əlverişli şərait yaradır. Bu xəstəlik nəticəsində sahədə bəzən elə seyrəklik yaranır ki, təkrar səpin aparılması qaçılmaz olur. Bu xəstəliyə qarşı mübarizədə toxumların kökçürüməyə qarşı dərmanlanması, torpaq qaysağının vaxtında dağıdılması və cücərtilərin seyrəldilməsi səmərəli aqrotexniki üsullardır. Pambıq sovkası pambığın ən qorxulu ziyanvericilərin biridir. Pambığa onun 1-ci və 2-ci nəsli ziyan vurur. 3-cü nəslin inkişafı sentyabr ayına düşür ki, bu zaman artıq məhsul yığılır. Pambıq sovkasının yumurta tökməsinin müddətləri, tırtılların əmələ gəlməsi, sovkanın yayıldığı sahələri müəyyən etmək məqsədilə feremon tutucularından istifadə edilir. Feremon tutucuları həm müşahidə, həm də mübarizə vasitəsidir. Hər hektar pambıq sahəsinə 2 feremon tutucusu qoymaq kifayətdir. Sovkanın 1-ci nəslində hər tutucuya 3 gün müddətində 35-40, ikinci nəslində isə 45-50 erkək kəpənək düşərsə, mübarizə işlərinə başlanır. Sovkanın 1-ci nəslinə qarşı hər 100 bitkidə 5-6 kiçik yaşlı tırtıl və 10-15 yumurta, yaxud 20-25 zədələnmiş qonçə, 2-ci nəslinə qarşı isə 10-12 kiçik və orta yaşıl tırtıl və 25-30 yumurta, yaxud 35-40 zədələnmiş qönçə olduqda kimyəvi mübarizəyə başlanır. Kimyəvi mübarizədə karate (1,0 l/hek), sumi-alfa (0,3 l/hek), arrivo (0,15 l/hek), desis (0,7 l/hek), sumisidin (0,2 l/hek) və s. preparatlardan istifadə edilir. Hörümçək gənəciyi Ziyanverici yarpağın və çiçəkyanlıqlarının alt tərəfindən şirə sormaqla qidalanır, onların fizioloji funksiyalarını pozur. Bu da bitkilərin boyatmasını kəskin zəiflədir və az miqdarda qoza əmələ gəlməsi ilə nəticələnir. Zədələnmiş yarpaqlar, sonra isə qönçələr və qozalar tökülür, bitki bütün çılpaqlaşır. Hörümçək gənəciyi sürətlə çoxalmaq qabiliyyətinə malik olduğundan mövsüm ərzində 15-17-dək nəsl verir. Hörümçək gənəciyinin sürətlə yayılmasını nəzərə alaraq ayrı-ayrı bitkilər üzərində müşahidə edilərkən ona qarşı mübarizə dərhal başlamaq lazımdır. Bu ziyanvericiyə qarşı kimyəvi mübarizədə Bİ-58 (roqor) (0,8-1,0 l/hek) və omayt 2,5-3,0 l/hek) preparatı səmərəlidir. Mənənələr pambıq əkinlərinə alaq otlarından keçirlər. Zədələnmiş pambıq yarpağı formasını dəyişir, qıvrılır, cavan bitkilərin boy atması və inkişafı zəifləyir, qönşə və çiçəklər tökülür. Mənənə ildə 12-15 nəsil verir. Trips əsasən pambıq bitkilərini qönçələmə fazasına qədər zədələyir, bu zaman yarpağın alt tərəfi açıq gümüşü ləkələrlə örtülür, yarpaqlar böyüdükcə üzərində çatlar, yaxud kənarlarında ulduzabənzər deşiklər əmələ gəlir. Boy nöqtəsi zədələnmiş bitkinin çoxu məhv olur, bəziləri isə haçalanma verir, ləng inkişaf edir. Trips ildə 6-8 nəsl verir. Mənənə və tripsə qarşı Bİ-58 (0,8-1,0 l/hek) və omayt (2,5-3,0 l/hek) prepatatlarından istifadə edilir. Pambıq ziyanvericinə qarşı mübarizədə əsas diqqət aqrotexniki və bioloji üsullara yönəldilməlidir. Ətraf mühütün qorunması məqsədi ilə biolaboratoriyalarda buraxılan trixoqram, habrabrokon, qızılgöz, anilasta və s. faydalı həşəratlardan geniş istifadə edilərsə kimyəvi mübarizəni minimuma endirmək mümkün olar.
   
   Ucvurma pambığın məhsuldarlığının artırilması üçün tətbiq edilən əsas aqrotexniki tədbirlərdən biridir. Bu tədbir qönçələrin, çiçəklərin və bar orqanlarının həddən çox tökülməsinin qarşısınə alır, əsas gövdənin və boy budaqlarının inkişafının dayandırır, onlara sərf olunacaq qida maddələri bar orqanları tərəfindən mənimsənilir, onların güclü inkişafına, məhsulun tez yetişməsinə, məhsuldarlığın artmasına səbəb olur. Ucvurma yalnız vaxtında aparıldıqda yüksək səmərə verir. Bioloji inkişaf baxımından münbit torpaqlarda güclü inkişaf edən sahələrdə hər bitkidə 15-17, orta münbit torpaqlarda bitkilər yaxşı inkişaf edən sahələrdə hər kolda 12-14, zəif inkişaf etmiş bitkilərdə 10-12 bar budağı olduqda ucvurma aparılır. Təqvimə görə bu tədbir təqribən iyulun 20-dən avqustun 10-dək olan müddətə düşür. Ucvurma əl ilə, mexaniki və kimyəvi üsulla aparılır. Bitkilərin əsas gövdəsinin ucu ÇBX-4 markalı ucvuran qurğu ilə 3-4 sm kəsilir, əl ilə isə 1-2 sm qoparılır. Pambıq kolları çox şaxələnərsə yan budaqların da ucu vurulur. Ucvurmada kimyəvi üsul daha səmərəlidir. Bu məqsədlə piks, tur, mikvat-xlorid və s preparatlardan istifadə etdikdə bitkilərin istər əsas, istərsə də yan budaqlarının böyüməsi bərabər nizamlanır, bar budaqları daha tez inkişaf edir. Pambığın yığılması əl ilə yaxud maşınla həyata keçirilir. Hər iki halda yığıma 6-7 həftə qalmış müvafiq qaydada hazirlıq işləri görülməlidir. Əl ilə və maşınla yığılacaq sahələr müəyyənləşdirilməlidir. Əl ilə yığım qısa müddətə, yəni 50-60 günə başa çatdırmaq üçün hesablanmış işçi qüvvəsi ilə təmin olunmalıdır. Əl ilə yığıma hər kolda ən azı 4 qoza açıldıda başlamaq lazımdır. Məhsulu maşınla yığılacaq sahələrdə aqrotexniki tədbirlərin xüsusiyyəti, axırıncı vegetasiya suvarması, sonuncu kultivasiya zamanı bu nəzərə alınmalıdır. Axııncı kultivasiyada cərgəaralarına dərin şırım çəkilməlidir. Ucvurma, alaqların sonuncu dəfə təmizlənməsi və defolyasiyanın keyfiyyətli aparılması nəzərə alınmalıdır. Maşınla birinci yığıma qozaların 55-60 %-i açıldıqda, ikinci yığıma əlavə olaraq qozaların 20-30 %-i açıldıqda başlamaq lazımdır. Əks halda yetişməmiş qozaların əzilməsi, yerə tökülməsi xeyli məhsul itkisi ilə müşahidə olunur. Maşınla yığıma başlamağa 1-2 gün qalmış 8 metrdən az olmayaraq dönmə zolaqları hazırlanır. Açılmış qozalar əl ilə yığıldıqdan sonra pambıq kolları çıxarılaraq sahədən kənara daşınır. Dönmə zolaqlarının yeri greyderlə hamarlanır. Toxumluq pambığı aprobasiya nəticəsində müəyyən olunmuş sahələrdən yığılmalıdır. Pambıq bitkisində bar orqanları fasiləlıərlə uzun müddətə yetişdiyini və onların çiyidlərinin toxumluq keyfiyyəti müxtəlif olduğunu nəzərə alaraq kolun aşağı və orta hissələrində 5-6 qoza açılarkən başlamaq lazımdır.
   Toxumluq pambıq faraş yetişən tam keyfiyyətli qozalardan toplanmalı, bar budaqlarının uclarında yetişən toxumluq keyfiyyəti nisbətən aşağı olan qozalardan toplanan xam pambıq fartukların əlavə ciblərinə yığımalı və onun əsas məhsula qarışmasına yol verilməməlidir.