DNA ( ДНА ) tipli dizel mühərrikli nasosların təyinatı
Belə nasoslar 1-:-85°C olan suların vurulmasında və həmçinin yanğın söndürmə sistemlərində, eləcə də qəza vəziyyətində və enerji təchizatı olmadığı hallarda göllərdən, çaylardan, su anbarlarından, limanlardan və özül üçün çuxurlardan suyun vurulmasında istifadə olunur.
DNA ( ДНА ) tipli aqreqatlar sifarişçinin tələbi ilə iqlim şəraitinə və yerləşmə kateqoriyasına görə hazırlana bilər.
Şərti işarələr;
DNA ( ДНА – 250/125a , haradakı:- DNA ( ДНА )- dizel mühərrikli nasos
- 250/125a –komplektləşdirilmiş nasosun göstəricisidir.
SNP ( СНП ) və DNU ( ДНУ ) tipli dizel nasosların təyinatı
Belə nasoslar açıq və qapalı suvarma sistemlərindən suvarma sahələrinə və yağışyağdiran qurğulara suyun verilməsi, quyulardan-zirzəmilərdən və digər təsərrüfat ehtiyacları üçün suyun vurulması məqsədlərilə təyin olnmuşdur. Mərkəzdən qaçma nasosdan və traktor-dizel mühərrikdən ibarətdir. Bütün detallar və nasosun stansiyanın birləşmələri bir ox prinsipi üzərində quraşdırılmışdır ki, bu da onu qoşqu ilə bir yerdən digərinə aparılmasına əlverişli şərait yaradır.
Şərti işarələr:
SNP (СНП) – 50/80 , haradakı:- SNP (СНП) - səyyar nasos stansiya:
- 50 - məhsuldarlığı (su sərfi), l/san:
- 80 - vurma hündürlüyü (basqı), m: