Əkin sahələrinin genişlənməsi və məhsuldarlığın daha da artırılması ilə əlaqadar olaraq suvarmaya təlabat da günü-gündən artır. Bu isə sudan, suvarma sistemlerindən, su ehtiyatlarından səmərəli istifadə etməyi, suyun düzgün paylanmasını və hesabatının aparılmasını tələb edir. Suvarma sistemlərində əsas məqsəd, suvarma mənbəyindən lazımi qədər su götürmək, az miqarda itki ilə suyu sahələrə çatdırmaq və suvarma sahələri arasında suyun dəqiq, düzgün paylanmasının təmin etməkdən ibarətdir.
Suvarma sistemlərində su sərfinin 5-6 % -ə qədər xəta ilə ölçülməsinə yol verilə bilər. Su sərfinin dəqiq ölçülməsində bir sıra üsullardan və suölçən cihazlardan istifadə olunur.
Hidromeliorativ sistemlərdə suölçmə postları fəaliyyət göstərir. Su sərfinin miqdarını ölçmə funksiyalarına görə suölçmə postları müxtəlif olur:
a) dayaq-suvarma mənbəyindəki ehtiyat suyun hesablanması və hidroqrafın qurulması
postları;
b) əsas-magistral kanalların başında suyun götürülmə və suvarmaya verilmə sahəsindəki
hesabının aparılması postları;
c) paylayıcı-budaqlanan magistral kanalların başında, təsərrüfatlararası su paylayıcı
kanallarda paylanmanın və təsərrüfatlara verilən suyun miqdarının hesabının
aparılması postları;
d) təsərrüfat daxilində suyun paylanmasının təmin edən təsərrüfat postları;
e) ötürücü-təsərrüfatlararası kanallarda nəzarət postları;
Bu postlar suyun sərfinin dəyişmə həddindən asılı olaraq müxtəlif suölçmə qurğuları ilə təhciz olunur. Hidromeliorasiya sistemlərində suvarmaya və torpağın yuyulmasına verilən suyun sərfini ölçmək üçün istifadə olunan üsulları nəzərdən keçirdikdə, ən çox səviyyənin, səviyyə düşümünün, dərinliyin, təzyiqin, sipərin qalxma və enmə dərəcəsinin, axın sürətinin ölçülməsinin lazım gəldiyini görürük.
Səviyyənin ölçülməsin olan maraq hələ eramızdan əvvəl, çayların daşqın nəticəsində törətdikləri fəlakətlə əlqədar əmələ gəlmişdir. Müəyyən daimi müstəviyə görə su səthinin yüksəkliyinə su səviyyəsi deyilir. İqlim, təbii amillərin təsirindən və istifadə ardıcıllığından asılı olaraq su mənbələrində və ayrı-ayrı kanallarda axımın dəyişməsi ilə əlaqədar səviyyə də dəyişir. Hidrologiya və hidrotexnika sahəsində su səviyyəsi ən çox mütləq yüksəkliklə ifadə edilir.Lakin, çaylarda,kanallarda, su anbarlarında su səviyyəsini nisbi yüksəkliklə ifadə etmək daha mqsədə uyğundur. Səviyyənin ölçülməsi üçün istifadə olunan yerə su ölçmə məntəqəsi deyilir. Su olçmə məntəqələri gəmiçiliklə əlaqədar olaraq, böyük kanallarda və çaylarda; bəndlərdə, su elektrik stansiyalarında, şlüzlərdə, limanlarad, körpülərdə, su götürən baş qurğularda, suvarma kanallarında və s. yerlərdə qurulur. Çaylarda və suvarma kanallarında səviyyənin ölçülməsi xüsusi əhəmiyyət kəsb edir. Belə hallararda səviyyənin ölçülməsi məlumatlarına görə sərflə səviyyə arasında Q=f(H) asılılıq qrafikləri qurulur. Bu qrafiklərə əsasən müşahidə olunmuş istənilən səviyyəyə görə axının sərfi daha asan təyin olunur. Suyun səviyyəsi vaxtaşırı reyka ilə arasıkəsilmədən isə özüyazan cihazlarla qeyd olunur. Hidrometriya işlərində sadə su ölçmə məntəqələrindən geniş istifadə olunur. Sadə su ölçmə məntəqələri, ölçmə avadanlıqlarının müxtəlifliyinə görə təmasalı, payalı və qarışıq növlərə böiünür. Gün ərzində səviyyənin tez-tez dəyişməsi hallarında özüyazan məntəqələrdən isifadə olunur. Özüyazan cihazlar suyun səviyyəsinin dəyişməsini avtomatik olaraq arasıkəsilmədən lentə cızır.(məsələn, “Valday”, Qr-38). Ötürücü məntəqələr yamacları çox sərt olan və ölçmə zamanı su səthinə yaxınlaşmaq mümkün olmayan çaylarda tətbiq olunur.
Su mənbələrinin hidroqrafik xüsusiyyətlərinin öyrənilməsi, çay nəqliyyatı və ağac axıdılması məsələlərində, suyun sürətinin və sərfinin ölçülməsi, HTQ-ların lahiyyəsinin tərtib olunması işlərində dərinlik məlumatlarından geniş istifadə olunur.
Suyun sərbəst səthindən şaquli istiqamətdə onun dibinə qədər olan məsafəyə dərinlik deylir.
Axının dərinliyi həm onun ayrı-ayrı nöqtələrində və həm də onun en kəsik və uzununa profilləri boyunca ölçülə bilər.
Dərinlik ölçmək üçün aşağıdakı cihaz və avadanlıqlardan istifadə olunur:
a). Hidrometrik paya və lotlar;
b). Avtomatik dərinlik ölçən exolotlar.
Axını səciyyələndirən əsas göstəricilərdən biri sürətdir. Sərfin ölçülməsi, hidrotexniki qurğuların layihələşdirilməsi, böyük çaylarda və kanallarda gəmilərin hərəkəti, elmi və təcrübi məsələlərin öyrənilməsi işlərində suyun sürətinə aid məlumatlardan geniş istifadə olunur.
Suyun sürətini ölçmək üçün müxtəlif cihaz və alətlərdən istifadə edilir. Ölçmə xüsusiyyətlərinə görə onlar aşağıdakı siniflərə bölünür:
a).Hidrometrik üzgəclər. Burada sürət, su ilə axıdılan kütlənin sürətini ölçməklə müəyyən olunur;
b).Hidrometrik boru. Suyun axma sürəti hesabına yaranan təzyiqə görə sürət ölçülür;
c).Batometr-taximetr. Bu cihazla sürət ona vahid vaxtda daxil olan suyun həcminə görə müəyyən olunur;
d).Hidrometrik fırlanğıc. Burada suyun axma sürəti təsirindən cihazın pərinin vahid vaxtda etdiyi dövrlər sayına görə sürət təyin edilir;
e).Termohidrometr. Bu cihazla sürət, suyun temperaturu ilə qızdırılaraq suya salınmış elementin temperaturu arasında olan fərqə görə əmələ gələn istilik mübadiləsinə əsasən təyin olunur;
ə).Ultrasəslərə görə sürətin ölçülməsində əsas şərt axan suda tezliyi ultrasəs tezliyinə uyğun olan pulsasiya yaratmaqdan ibarətdir.
Suanbarlarinda, kanallarda və çaylarda aparılan hidrometrik ölçmə işlərində yuxarıdakı cihaz və alətlərdən ən çox hidrometrik firlanğıclar və üzğəclərdən isifadə olunur. Qalan cihazlar isə ancaq labaratoriyalarda, elmi-tədqiqat işlərind isifadə edilir və onların tətbiqi məhduddur.
Axının canlı en kəsik sahəsindən vahid vaxtda keçən suyun həcminə sərf deyilir. Böyük sərflər adətən m 3/san, kiçik sərflər isə l/san ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Suvarma sistemləri üzrə su təlabatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövrüyyəsi planları sərf göstəriciləri əsasında müəyyən olunur. Sərfin təyin olunması üçün tətbiq olunan əsas ölçmə üsulları iki qrupa bölünür. Birinci qrupa sərfin bilavasitə ölçülməsinə əsaslanan həcm üsulu daxildir. İkinci qrupa isə sərfin dolayısı yollarla təyin olunan—hidrometrik, hidravliki, kimyəvi və s. üsulları aiddir.
1.Həcm üsulu. Bu üsul əsasən kiçik sərflərin təyin olunmasında tətbiq edilir, belə sərflər isə adətən bulaqlara, kiçik axarlara, drenlərə və s. su mənbələrinə xasdır. Həcm üsulunda sərf, ölçmə vaxtında ölçü qabına axan suyun həcminə əsasən təyin edilir.
2.Hidrometrik üsul. Hidrometrik ölçmə üsulu əlverişli və dəqiqdir. Bu üsuldan hazırda suvarma kanallarının, çayların sərfinin təyin olunmasında geniş istifadə edilir. Burada sərf hidrometrik üsullarla ölçülmüş sürət və məcranın en kəsik sahəsi məlumatlarına görə hesablanır. Sərf ən çox səth üzgəci və fırlanqıc ilə ölçülmüş sürətlərə görə təyin olunur.
3.Hidravliki üsul. Suyun sürətini ölçmədən hidravliki üsulla sərfi təyin etmək mümkündür. Belə ki, çaylarda və digər su mənbələrimdə qurilan bir sira hidrotexniki qurğuların (bənd, səviyyə nizamlayıcı, və s) yuxarı və aşağı byefində axın rejimi vaxta görə kəskin dəyişən olur.Bu səbəbdən sürətin ölçülməsi texniki cəhərtən çətin olur. Belə hallarda sərfin ölçülməsində elə bu qurğuların özündən istifadə olunur. Bu qurğular təcrübi profilli, enli astanalı və nazik divarlı suaşıranlardan ibarət ola bilər.
4.Kimyəvi üsul. Bu üsulla səfrin ölçülməsi ən çox iti axan və turbulent axın rejimli dağ çaylarında tətbiq olunur. İti axan çaylarda başqa hidrometrik ölçmə əməliyyatlarını tətbiq etmək çətinlik törədir. Kimyəvi üsul ilə sərfin ölçülməsində istifadə olunan məhlul suya fasiləli və ya fasiləsiz şəkildə axıdıla bilər.
Ümumiyyətlə, muasir suvarma sistemlərində su sərfini (sərf 2 m 3/san-dən çox olduqda) ölçmək üçün suyun səviyyəsindən, sürətindən asılı olaraq müxtəlif cari en kəsiyə üyğun qurulmuş, sərf qrafikləri məlum olan su ölçmə qurğuları tikilir.