Damcı ilə suvarmanın iki növü vardır: Bağçiliğın salınmasında damcı ilə suvarma (daimi sistem) . Tərəvəz bitkilərinin damcı ilə suvarması (mövsümi sistem) .
Mürəkkəb relyefli ərazilərdə damcı üsulunun tətbiqi sonrakı mərhələlərdə ağaclara keyfiyyətli qulluq göstərilməsinə imkan verir. Bu həm də suvarma suyundan, mövsümdən asılı olmayaraq, mütəmadi və qənaətlə istifadəyə şərait yaradır. Qeyd edək ki, əsasən meyvə və həmişəyaşıl ağacların əkilməsində tətbiq olunan bu üsul müxtəlif relyefli ərazilərdə ağacların bərabər səviyyədə keyfiyyətlə suvarılmasına imkan verir.
Qeyd edək ki, damcı üsulundan istifadə zamanı ağaclar əkin ərazilərinə qoyulan irihəcmli çənlərdən istifadə olunmaqla ayrı-ayrı kiçik diametrli boru-kranlar vasitəsilə suvarılır. Suyun və gübrənin məsrəfini xeyli azaltmağa imkan verən bu suvarma metodunda suvarma zamanı su dozalı porsiyalarla, damcılarla bitkilərin kökünə, torpağın səthinə və ya kök zonasına dozalayıcı klapanları olan boru şəbəkəsi vasitəsi ilə verilir.
Damci ilə suvarmanın üstünlükləri: Damcılama üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə eroziyaya səbəb olmadan suvarıla bilər, suvarmanın aparılmasında külək təsir göstərmir, qrımt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi kapilyar rütubət tutumluluğu səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatların əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Damcılı suvarma zamanı toqpağın temperaturu digər suvarma növləri ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir.
<
Damcı ilə suvarma zamanı ancaq təmiz sudan istifadə məqsədə uyğundur. Əsas problemlərdən biri istismar zamanı damcıladıcı sistemin - boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların tutulması, dolmasıdır. Bunun qarşısını almaq məqsədilə filtirlərdən (süzgəclərdən) istifadə etmək lazımdır.