K tipli nasosların təyinatı:
K tipli çıxıntılı (konsollu) nasoslar stasionar şəraitdə рН = 6…9, tərkibində bərk mexaniki qarışıqların ölçüsü ≤ 0,2 mm və həcmi konsentrasiyası 1,5%-ə qədər olan içməli-təmiz və texniki suların (dəniz suları istisna olmaqla) vurulmasında və eləcə də, soyutma, istilik, suvarma, irriqasiya, bataqlıqların qurudulması və su təchizatı sistemlərində digər məhlulların vurulmasında istifadə olunur. Bu tip nasoslarla vurulan məhlulların temperaturu 0-:-85°C arasında ola bilər. Bu nasoslar partlayış və yanğın təhlükəsi olan mayeləri vurmaq üçün tətbiq edilə bilməz.
K tipli nasoslar bir-birinə mufta ilə birləşmiş elektrik mühərrikindən və mərkəzdən qaçma, bir pilləli nasosdan ibarətdir. Nasosa suyun gətirilməsi nasosun oxu boyunca üfiqi, ötürülməsi isə tangensial şəkildə həyata keçirilir.
Sərti işarələri:
K 80-50-200a tipli nasos, haradakı;
- K- çıxıntısı ( konsollu) olan nasos;
- 80 – girişin diametri, mm :
- 50 – çıxışın diametri, mm;
- a – isci çarxın yonulmasinin göstəricisi;
- 200 - işçi çarxın nominal diametri mm;
Texniki xarakteristikalari
Nasosun markası | Məhsuldarlığı, m3/saat | Basqı, m | muhərrikin gücü, kvt |
---|---|---|---|
nasos K 50-32-125 (a) |
10 - 12,5 | 16 - 20 | 1,5 - 2,2 |
nasos 1K 50-32-125 |
12,5 | 20 | 1,5 - 3 |
nasos K 65-50-125 (a) |
23 - 25 | 16 - 20 | 3 |
nasos K 65-50-160 (a) |
20 - 25 | 25 - 32 | 4,0 - 5,5 |
nasos 1K 65-50-160 |
25 | 32 | 4,0 - 5,5 |
nasos K 80-50-200 (a) |
45 - 50 | 40 - 50 | 11 - 15 |
nasos 1K 80-50-200 |
50 | 50 | 7,5 - 22 |
nasos K 80-65-160 (a) |
45 - 50 | 28 - 32 | 7,5 |
nasos 1K 80-65-160 |
50 | 32 | 7,5 - 15 |
nasos K 100-65-200 (a) |
90 - 100 | 40 - 50 | 18,5 - 30 |
nasos K 100-80-160 (a) |
90 - 100 | 26 - 32 | 11 - 15 |
nasos K 150-125-315 (a) |
180 - 200 | 26 - 32 | 22 - 30 |
nasos K 200-150-315 (a) |
400 | 40 - 50 | 75 - 90 |
nasos K 200-150-400 (a) |
400 | 40 - 50 | 75 - 90 |
nasos 1K 8/18 (a) |
8 | 18 | 1,5 |
nasos 1K 20/30 (a, b, m) |
20 | 30 | 2,2 - 5,5 |
nasos K 160/30 (a, b) |
140 - 160 | 22 - 30 | 18,5 - 30 |
nasos K 290/30 (a) |
290 - 250 | 30 - 24 | 37 - 30 |